Icma.az
close
up
RU
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi FOTOLAR

“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi FOTOLAR

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

24 noyabr 2024-cü il tarixində "Veysəloğlu Şirkətlər Qrupu"nun ofisində "Gələcəyini Qur!" layihəsinin builki iştirakçıları, o cümlədən şirkətin dəstəyi ilə təhsil təqaüdünü qazanmış 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə görüş keçirilib.

Mia.az-ın məlumatına görə, 2024-2025-ci tədris ilindən etibarən Şirkətlər Qrupu təhsilə dəstək ehtiyacı olan əməkdaşlarının övladlarının təhsil və inkişafına töhfə vermək məqsədilə onların "Gələcəyini Qur!" layihəsində iştirakına dəstək verir. Layihə çərçivəsində abituriyentlər bir il ərzində seçdikləri ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq üçün əlavə dərslərdə iştirak edir, inkişafetdirici tədbirlərdən və psixoloq dəstəyindən faydalanır.

Tədbirin əsas məqsədi abituriyentləri Şirkətlər Qrupunun fəaliyyəti ilə tanış etmək, onlara universitetə hazırlıq yolunda həvəs və motivasiya vermək olub. “Veysəloğlu Şirkətlər Qrupu”nun baş ofisinin tanışlığı ilə start götürən tədbirdə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov abituriyentlərə Qrupun fəaliyyəti və keçdiyi yolun xronologiyası haqqında məlumat verib. Ardınca Veysəloğlu Distribusiya Təlim və İnkişaf şöbəsinin müdiri Ağamməd Günəşov və “Araz” Supermarketlər şəbəkəsinin İstedadların İdarə edilməsi və inkişafı şöbəsinin müdiri Zaur Məmmədli motivasiya yönümlü təlim proqramları ilə çıxış ediblər.

Tədbirin ikinci hissəsi “Gələcəyini Qur!” layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadənin çıxışı ilə başlayıb. O, məktəblilərə layihənin məsuliyyət, elm, yaradıcı düşüncə və digər dəyərlərindən bəhs edib. Tədbirin davamında psixoloq və pedaqoq Hüseyn Həsənov “Məsuliyyətli olmaq” və “Gələcəyini Qur!” layihəsinin məzunu, Samir Qulamzadə isə “Hədəflərin təyin olunması” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbir zamanı abituriyentlər interaktiv fəaliyyətdə iştirak edərək komandada işləmək, tənqidi düşüncə, kommunikasiya, problemlərin həll olunması kimi yumşaq bacarıqlarını inkişaf etmək üçün fürsət əldə etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib və interaktiv fəaliyyətdə aktivlik göstərib seçilən layihə iştirakçıları şirkət tərəfindən kiçik hədiyyələrlə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see242

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri