Icma.az
close
up
RU
Təqaüd və müavinət artımı cəmiyyətdə necə qarşılandı? SORĞU

Təqaüd və müavinət artımı cəmiyyətdə necə qarşılandı? SORĞU

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev tərəfindən imzalanmış sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı sərəncam cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sərəncama əsasən, aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif müavinət və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Bu mühüm sosial qərarın vətəndaşlar tərəfindən necə qarşılandığını öyrənmək məqsədilə paytaxt sakinləri arasında sorğu keçirdik. Bəs vətəndaşlar bu barədə nə düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib.

Tələbə Tahir Məmmədzadə: "Tələbəyəm və hazırda həm oxuyur, həm də yarımştat işləyirəm. Təqaüdlərin artırılması bizim kimi gənclər üçün də çox vacibdir. Bu artım nəticəsində heç olmasa kitab, internet, yemək xərclərinin bir hissəsini qarşılamaq mümkündür. Lakin yenə də tələbə ehtiyaclarına tam cavab vermir. Təqaüd alan tələbələrin sayının da artırılması vacibdir.

Həmçinin kirayə evlərdə qalan tələbələr üçün əlavə dəstək proqramları olmalıdır. Bu artımı bir başlanğıc kimi görürəm, amma davamlı dəstək olmasa, çətinliklər davam edəcək. Tələbə gənclərin daha yaxşı təhsil alması üçün bu cür təşəbbüslər genişlənməlidir."

Tələbə Vasif Məmmədli: "Ümumiyyətlə, sərəncamdan xəbərim var və müsbət qarşılayıram. Mən də tələbə olduğum üçün bu artımlardan yararlanacağımı düşünürəm. Ailədən uzaqda yaşayıram, gündəlik xərclər çoxdur – yemək, nəqliyyat, dərs vəsaitləri və s. Əgər bu dəstək bizə də şamil olunacaqsa, böyük kömək olacaq. Tələbələrin əksəriyyəti əlavə işlərlə məşğul olur ki, özlərini güclə dolandırsınlar. Ona görə bu cür sosial artımlar bizim kimi gənclər üçün həm maddi, həm də mənəvi dəstəkdir. Əsas odur ki, bu prosesdə sənəd toplamaq çox çətin olmasın. Yəni, prosedurlar sadələşdirilsə, daha çox tələbə faydalana bilər".

Tələbə Aylin Məmmədova: "Bu artım barədə xəbəri sosial şəbəkələrdə gördüm. Açığı, tələbə kimi hər ay aldığım təqaüdün artırılması mənim üçün çox müsbət bir xəbərdir. Kitab, yol pulu, yemək xərcləri getdikcə artır və əvvəlki məbləğ heç nəyə çatmırdı. Bu artım bir qədər nəfəs almağa imkan verir.

Düzdür, tam yetərli deyil, amma heç olmasa müəyyən ehtiyaclarımı qarşılaya biləcəyəm. Mənim kimi ali təhsil alan tələbələrin bir çoxu əlavə işlərlə məşğuldur. Təkcə oxumaqla keçinmək çətindir. Düşünürəm ki, bu artım bir başlanğıcdır və daha böyük addımlar da atılmalıdır."

Tələbə Sevinc Rəhimova: "Valideynlərim də işləyir, amma Bakıda yaşamaq ucuz deyil. Mən tələbə təqaüdü alıram və bu artım mənim üçün böyük əhəmiyyət kəsb edir. Ən azı kirayədə yaşayan tələbələr üçün kiçik də olsa, maddi dəstəkdir. Bəzən bir kitab almaq üçün aylarla gözləməli olurduq. Bu artım o qədər də böyük olmasa da, mən bunu müsbət qarşılayıram. Amma uzunmüddətli perspektivdə daha ciddi sosial layihələr və təhsil dəstəkləri lazımdır. Təqaüdlər, tələbələrə yalnız simvolik deyil, real dəstək səviyyəsində olmalıdır."

Şəhər sakini Dünyazər Şəfiyeva: "Sağ olsun Prezident ki, xalqı yaddan çıxarmır, bu çətin vaxtda belə bir sərəncam verdi. Sosial baxımdan ehtiyacı olan ailələr çoxdur, xüsusilə də gənclər, kirayədə yaşayanlar üçün bu artım yaxşıdır. Mən özüm yaşlı adamam, təqaüdlə dolanıram, bilirəm bu həyat nə qədər ağırdır. Amma açığı, o imtiyazların alınması üçün o qədər sənəd istəyirlər ki, adam nəyi hara təqdim etməli olduğunu çaşır. Elə bil hər şey var, amma çatmaq çətindir. Buna baxmayaraq, artım ailələr üçün az da olsa bir dayaqdır. Əgər bir az da sadələşdirsələr, daha çox adam faydalana bilər. İstəyimiz odur ki, bu cür qayğı davamlı olsun, təkcə bir dəfəlik deyil. Dövlətin bu cür addımları xalqın ürəyindən xəbər verir".

Səhər sakini Nicat Ağayev: "Artımla bağlı xəbəri televiziyada gördüm. İlk baxışda müsbət qarşıladım. Ailədə gündəlik xərclər kifayət qədər çoxdur – uşaqların məktəb ehtiyacları, gündəlik ərzaq, kommunal ödənişlər. Belə bir zamanda verilən dəstək heç olmasa bir qədər rahatlıq yaradır. Əlbəttə, bu artımı kifayət qədər böyük saymaq çətindir. Amma düşünürəm ki, kiçik də olsa, bir irəliləyişdir. İnsanlar daha çox sabitlik və güvən axtarır. Sosial dəstəyin davamlı olması çox vacibdir.

Hər ay bir az da olsa bu kimi dəstəyin verilməsi vacibdir. Yalnız bayram və ya seçki ərəfəsində deyil, daim insanlara diqqət göstərilməlidir. Düşünürəm ki, daha konkret sosial proqramlara ehtiyac var. İnsanlar sırf yardım almaqla yox, rifah içində yaşamaqla özünü dəyərli hiss etməlidir. Bu artım bəlkə də bəzi ailələrin psixoloji yükünü azaldacaq. Amma qiymət artımı davam etdikcə bu cür dəstəklər çox tez hiss olunmaz hala gəlir. Ən azı belə bir qərarın verilməsi göstərir ki, sosial məsələlər gündəmdədir. Bu da müsbət siqnaldır."

Şəhər sakini Fəridə Babayeva: "Bu artımı eşidəndə sevindim, amma açığı gözləntilərim daha böyük idi. Qiymətlər hər gün artır, bazarda heç nə əvvəlki kimi deyil. Müavinət və təqaüdlər bir az artsa da, bu, real tələbatı tam qarşılamır. Mən artıq pensiyadayam, illərlə işlədim, vergi verdim. İndi isə dərman almaq, kommunal ödəmək, gündəlik ərzaq almaq elə bil dəbdəbəyə çevrilib.

Hökumətin bu addımını müsbət sayıram, çünki heç nə etməməkdənsə, nəsə etmək yaxşıdır. Amma artım məbləği çox azdır, xüsusən də kirayədə və ya tək yaşayan yaşlılar üçün. Əgər qiymətlərə nəzarət olmasa, bu artımın heç bir təsiri olmayacaq. Həm də biz yaşlılar üçün əsas olan sabitlik və sabahkı günə inamdır. Təkcə müavinət yox, sağlamlıqla bağlı dəstəklər də artırılmalıdır. Həkimə getmək, analiz vermək – bunların hamısı əlavə xərcdir.

Müəllif: Günel Rəşadqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri