Icma.az
close
up
RU
Təqaüdçülərə VACİB AÇIQLAMA: Özəl pensiya fondu və vəd edir? KONKRET

Təqaüdçülərə VACİB AÇIQLAMA: Özəl pensiya fondu və vəd edir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün “Qeyri-dövlət pensiya fondları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Bəs, özəl pensiya fondlarının yaranması vətəndaşlara nə vəd edir?

Mövzu ilə bağlı iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması və inkişafı vətəndaşlara bir sıra maliyyə üstünlükləri və seçim azadlıqları təqdim edir.

“Belə ki, dövlət pensiyası ilə yanaşı vətəndaşın özəl fondlara etdiyi yığımlar yaşlılıq dövründə əlavə gəlir mənbəyi kimi çıxış edir. Bu isə ümumi pensiya məbləğinin yüksəlməsinə səbəb olur”.

Ekspert qeyd edib ki, uzunmüddətli yığımlar vətəndaşları inflyasiya və artan yaşayış xərcləri qarşısında daha dayanıqlı edir.

“Eyni zamanda bu sistem fərdi yığım prinsipi üzərində qurulub. Hər bir vətəndaş üçün ayrıca hesab açılır və edilən yığımlar həmin hesaba yönləndirilir. Vətəndaşlar öz pensiya kapitallarını onlayn şəkildə izləyə və investisiya portfellərini dəyişərək gələcək gəlirlərini artırmağa çalışa bilirlər.

Yığılan vəsaitlər maliyyə bazarlarında investisiya olunduğundan, bu da əlavə gəlir imkanları yaradır. Həmçinin bu sistemdə mülkiyyət hüquqları da tam şəkildə təmin olunur: vətəndaş vəfat etdikdə, onun özəl pensiya hesabındakı vəsait miras yolu ilə ailə üzvlərinə ötürülə bilər.

Şəffaflıq və seçim azadlığı da özəl pensiya fondlarının əsas üstünlüklərindən sayılır. Vətəndaşlar müxtəlif fondlar arasında müqayisə apararaq illik gəlirlik və risk səviyyələrinə uyğun seçim edə bilirlər”.

əxəssis hesab edir ki, özəl pensiya fondları eyni zamanda ölkə iqtisadiyyatına da müsbət təsir göstərir. Belə ki, bu fondlar uzunmüddətli investisiya resursları formalaşdıraraq infrastruktur, səhiyyə və təhsil kimi sahələrin inkişafına yönələ bilər. Bu isə ümumilikdə maliyyə bazarlarının dərinləşməsinə və iqtisadi artıma töhfə verir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri