“Ter Petrosyan seçkilərin saxtalaşdırılması praktikasının banisidir” Paşinyandan sərt açıqlama
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyan ilə bütün ermənilərin katolikosu II Qaregin arasında baş tutan görüşə sərt münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.
Baş nazirin sözlərinə görə, Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması ənənəsinin əsasını qoyan şəxsdir: “Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir”.
Qeyd edək ki, iyunun 7-də Levon Ter-Petrosyan Eçmiədzinə baş çəkərək bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Görüş zamanı Ermənistanın sabiq prezidenti patriarxa tam dəstəyini ifadə edib və hazırkı hökumətin erməni apostol kilsəsinə qarşı konstitusiyaya zidd hərəkətlərini qəti şəkildə pisləyib.
Bu mövzuda digər xəbərlər:Paşinyan: Ter Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir
08 İyun 2025 13:17
Paşinyanın “Ter Petrosyan yolu”?
06 Fevral 2025 10:15
Ter Petrosyan Paşinyanı sərt tənqid etdi
19 Sentyabr 2025 10:39
Levon Ter Petrosyan tərəddüd içindədir
14 Avqust 2025 02:16
Paşinyan: “Ter Petrosyan meydandan qaçıb”
22 Avqust 2025 11:49
Baxış sayı:54
Bu xəbər 08 İyun 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















