Ter Petrosyan Zəngəzur dəhlizi ni bununla əvəz etməyi təklif edir
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizi əvəzinə "Zəngəzur nəqliyyat qovşağı" ifadəsindən istifadə etməyi təklif edib.
"Ölkə.az" xəbər verir ki, o, müvafiq təkliflə sosial şəbəkə hesablarında çıxış edib.
Onun sözlərinə görə, bu anlayışlar arasında prinsipial fərq var:
"Dəhliz" suverenliyə məhdudiyyətlər nəzərdə tuta bilər, "nəqliyyat qovşağı" isə əraziyə və kommunikasiyalara nəzarətin tamamilə Ermənistanda qalması deməkdir".
Ter-Petrosyan vurğulayıb ki, "nəqliyyat qovşağı" məsələsində Ermənistanın suveren hüquqlarının qorunub saxlanmasına, ərazi bütövlüyünü və ya milli maraqları şübhə altına alan istənilən şərhlərin istisna edilməsinə diqqət yetirilir.
Eyni zamanda, onun fikrincə, Ermənistan maraqlı dövlətlər üçün nəqliyyat infrastrukturunun sərbəst fəaliyyətini beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə təmin etməyə qadirdir və buna borcludur.(oxu.az)


