Icma.az
close
up
RU
Tərəfdaşınız eqoistdir? ARAŞDIRMA

Tərəfdaşınız eqoistdir? ARAŞDIRMA

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Belədirsə, münasibətlər uzunömürlü ola bilməz


Bunu ayırd etmək üçün 5 əsas əlamətə diqqət edin!


İnsanların, xüsusən də əks cinslərin bir-birilə münasibətlərinə tərəflərin nə dərəcədə səmimi, qayğıkeş olmaları təsir edir. Partnyor eqoistdirsə, münsibətlər uzunömürlü ola bilməz. Bəs bunu necə ayırd etmək olar? “Sherg.az” “NTV.com.tr”yə istinadən mütəxəssislərin açıqladığı 5 əsas əlaməti təqdim edir. Mütəxəssislər qeyd edir ki, romantik münasibətlərdə qarşılıqlı anlaşma, cütlərin daha uzun müddət birlikdə xoşbəxt yaşaması üçün mühüm elementdir. Bununla belə, bəzi münasibətlərdə tərəfdaşlardan biri öz ehtiyaclarını digərindən üstün tuta bilər. Eqoizm olaraq təyin olunan bu vəziyyət, əlaqənin gedişatına mənfi təsir göstərə bilər və altruist partnyorun psixoloji zədələnməsinə də səbəb ola bilər. Beləliklə, tərəfdaşınızın eqoist olub-olmadığını 5 əlamət bəlli edə bilər. 

Empatiyanın yoxluğu

İnsanın empatiya qurma qabiliyyəti sağlam münasibətin təməl daşlarından biridir. Bununla belə, eqoist tərəfdaş tez-tez digər insanın hisslərinə biganə qala bilər. Bu, tərəfdaşın emosional ehtiyaclarını başa düşmək və dəstəkləməkdə çətinlik yarada bilər. Partnyorunuzun stresinə və ya kədərinə məhəl qoymamaq eqoist davranışın ən bariz nümunələrindən biridir.

Öz ehtiyaclarını önə çəkmək

Yaxşı münasibətdə hər iki tərəfin ehtiyacları və istəkləri nəzərə alınır. Lakin eqoist tərəfdaş münasibətləri yalnız öz maraqları ətrafında formalaşdırır. Başqa sözlə, o, həmişə öz vaxtını, hobbilərini və emosional ehtiyaclarını birinci yerə qoyur.

Ünsiyyətdə birtərəflilik

Eqoist tərəfdaş ünsiyyəti əsasən birtərəfli aparır. Diqqətini öz düşüncələrini və hisslərini ifadə etməyə cəmləyərkən, o, tərəfdaşının dediklərini dinləmək və ya anlamaq istəmir. Ünsiyyət alimləri vurğulayırlar ki, effektiv ünsiyyət qarşılıqlı dinləmə və anlamaya əsaslanır. Əgər insan daima öz fikirlərini təlqin edirsə və tərəfdaşının fikirlərinə hörmət etmirsə, bu, münasibətlərin sağlam şəkildə inkişaf etməsinə mane ola bilər.

Davamlı ittiham

Eqoist bir tərəfdaş daima baş verən problemlərdə günahlandıracaq birini axtarır. O, tez-tez başqasında səhv tapır və öz səhvlərini etiraf etməkdən çəkinir. Bu, münasibətlərin gələcəyini təhdid edən davranış növüdür. Psixoloqlar sağlam münasibətin əsası kimi ortaq problemlərin birlikdə həll edilməsini və hər iki tərəfin məsuliyyət daşımasını tövsiyə edirlər. Bununla belə, eqoist tərəfdaş bu yanaşma yerinə daima başqalarını günahlandıraraq problemləri daha da şiddətləndirə bilər.

Qeyri-fədakarlıq

Münasibətlərdə qarşılıqlı fədakarlıq və sədaqət vacibdir. Əgər tərəfdaşınızda çox zaman yalnız öz maraqlarını düşünməyi və sizin emosional ehtiyaclarınıza laqeyd yanaşdığını sezirsinizsə, demək o, eqoistdir. Bu cür yanaşma münasibətlərin birtərəfliyinə və zamanla tərəflərin bir-birindən uzaqlaşmasına, ayrılmasına səbəb olacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri