Icma.az
close
up
RU
Tərifdən “bayılan” güclünün ayılmaq şansı olacaqmı?​ ​ ​Güclünün öhdəsindən ondan güclü olan gələr

Tərifdən “bayılan” güclünün ayılmaq şansı olacaqmı?​ ​ ​Güclünün öhdəsindən ondan güclü olan gələr

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

SSRİ dövrünü yaşayanlara, bilənlərə şəxsiyyətə pərəstiş amilinin xüsusi bir siyasi istiqamət olduğu yaxşı tanışdır. Bu mənada yaşadığım bir hadisəni yada salmaq, hesab edirəm ki, münasibət bildirəcəyim məsələnin mahiyyətini açmaq üçün yerinə düşər. Bərdə rayon komsomol komitəsində işləyirdim. Rayon partiya komitəsinin katibi ( üçüncü katib də deyirdilər) məni yanına çağırıb dedi ki, yaxın günlərə iclas olacaq və bir sağıcının çıxışını hazırlamaq lazımdı. Sağıcı əmək qəhrəmanı idi, adına mahnı da yazılmışdı. Katib sağıcının fəaliyyət göstəricilərini əks etdirən rəqəmləri təqdim edib, çıxışı hazırlamağımı tapşırdı. Çıxışı hazırlayıb katibə təqdim etdim. Bir saatdan sonra katib məni otağına çağırdı: ” bu nə çıxışdı yazmısan?”. Mən: “nəsə səhv var?”. “Səhv yoxdur, amma bu çıxışda minnətdarlıq yoxdu”. Və izah etdi ki, çıxışda mütləq öncə rayon rəhbərinə, sonra respublika rəhbərinə, sonda Sov.İKP Baş katibinə atalıq qayğısına görə minnətdarlıq bildirilməlidi. ​ ​

ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoffla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının stenoqramı yayımlanandan sonra yaranan qalmaqal bu günlərin ciddi müzakirə hədəfidir. Söhbət zamanı “Tramp mütləq təriflənməlidir” xahişi “atalıq qayğısına görə minnətdarlıq” prinsipini yada saldı və... təəccüb etməyə bilmirsən - demokratiyanın beşiklərindən biri, bəlkə də birincisi sayılan bir dövlətin prezidentinin “şəxsiyyətə pərəstişə” nə ehtiyacı var? Xarakterdə narsizim ola bilər, amma bunu ölkə siyasətinin tərkib hissəsinə çevirmək, həm ABŞ kimi dövlətin, həm də onun rəhbərinin nüfuzuna yalnız xələl gətirir.

​ Təkcə tərif məsələsi deyil, Uitkoffun Uşakovla danışığının məzmumundan aydın görünür ki, Trampın xüsusi nümayəndəsi açıq-aşkar Rusiyaya kömək edir, hətta xidmət göstərir də demək olar. Görünür elə buna görə, hətta Trampın partiyadaşları Uitkoffun vasitəçi kimi yararsız olduğunu və xüsusi nümayəndə kimi danışıqlardan kənarlaşdırılmasını tələb ediblər. Respublikaçı Don Beykon X şəbəkəsində yazıb:” Ona bu danışıqlara rəhbərlik etməyi etibar etmək olmaz. O mütləq kənarlaşdırılmalıdır”. Konqresmenin bir neçə kolleqası da bu məzmunda etirazlarını bildiriblər. Onlar və Ukrayna tərəfi hesab edirlər ki, Stiv Uitkoff uyğun seçim deyil. Ukrayna və Rusiya arasında ən yaxşı vasitəçiliyin dövlət katibi Marko Rubio edə biləcəyini təklif edirlər.

Ümumiyyətlə, Uitkoffun rusiyalılarla olan birgəliyi ciddi suallar yaradır və nəticələri bundan sonra çox ağır ola bilər. Görünür, bu perspektivin acı sonluğunu bilən ABŞ xüsusi xidmət orqanları Uitkoff-Uşakov danışıqlarını dinləmiş və mediaya stenoqramını sızdırmışlar. Aydındır ki, iki dövlət arasında danışıqlara ən nüfuzlu bir media qulaq asa bilməz. Mərkəzi Kəşfiyyat İdarəsinin isə buna bütün imkanları var və mediaya stenoqramın ötürülməsi də məqsədli xarakter daşıyır. Təəssüf ki, Tramp bu danışığa bəraət qazandırır, bu cür yanaşmanı metod hesab edir və yaxın günlərə Uitkoff və qızının əri Kuşneri Moskvaya Putinlə görüşə göndərməyi planlaşdırır. Yəni, diplomatiyada iki qeyri-peşəkar 25 illik hökmdarın hüzuruna göndərilir ki, Cenevrə şərtlərini Putinə qəbul etdirsinlər. Bəri başdan demək olar ki, bu görüşdə sülh danışıqlarının müsbət nəticə verəcəyi çox şübhəlidir. Səbəb, Rusiya və onun rəhbərini dərk etməsi üçün Uitkoffun adi təsəvvürünün belə məhdud olmasıdır. ABŞ siyasəti kimlərin ümidinə qalıb? Kissincerin, Bzejinskinin apardığı siyasətdən bir damcı da dərs götürməyən inşaatçı-biznesmen Uitkoff Ukraynanı da, Avropanı da faktiki olaraq satıb.

Rusiyanın ağılla, məntiqlə dərk edilməsinin mümkünsüzlüyünü ruslar özləri zamanında etiraf ediblər. Hər bir güzəştdən sonra Putinin necə bir təhlükə yarada biləcəyini hələ də anlamqda Ağ Ev məmurları çətinlik çəkirlər və bundan sonrakı təcavüzlərə yaşıl işıq yandırdıqlarının fərqində deyillər.

Uitkoffun əməlində yalnız Ukraynaya deyil, ABŞ-nin özünə qarşı da xəyanət elementləri var. “Tomohavk” raketlərinin Ukraynaya verilməsi , demək olar ki, həll edilmişdi. Amma, Uitkoff və Uşakov arasında danışıqdan sonra Tramp silahın verilməsindən imtina etdi. Uitkoffun məsləhəti ilə Putin Trampa zəng vurur, onu tərifləyir, Tramp bu tərifdən “yağ kimi əriyir” və Putin də onu Budapeştdə görüşməyə razı salır.

​ Qarşıdakı zaman Ukrayna üçün taleyüklüdür. Dondurucu qış, dağıdılmış enerji obyektləri, tükənmiş insan resursları, qeyri-sabit müttəfiqlər​ Ukraynanı “olum, ya qalım” dilemması ilə üz-üzə qoyub. Rusiya quruda irəliləyə bilməsə də raket və dronlarla həyati vacib obyektləri sıradan çıxarıb və tezliklə də müharibəni dayandırmaq niyyətində deyil. Yenə də ABŞ Rusiyanı məcbur edib atəşkəsə nail ola bilər. Güclünün öhdəsindən ondan güclü olan gələr.

​ İlham İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri