Tərlan Əhmədli: Sumqayıt”la oyun bizim üçün faydalı oldu
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hər şey proqram üzrə gedir. Legioner oyunçularımız da düşərgədədir. Mövsümün qalan hissəsinə tam heyətlə hazırlaşırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın qapıçısı Tərlan Əhmədli deyib.
Qolkiper çıxış etdiyi komandanın qış təlim-məşq toplanışı barədə danışıb: "Komandada hər şey qaydasındadır. Məşqçilərin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyə çalışırıq".
31 yaşlı əlcək sahibi toplanış çərçivəsində "Sumqayıt"la (2:2) keçirilən yoxlama görüşü ilə bağlı da fikirlərini bildirib: "Sumqayıt"la oyun bizim üçün faydalı oldu. Fiziki durumumuzu daha da yaxşılaşdırmaq üçün çox hərəkət etməyə çalışırdıq. Fikrimcə, pis alınmadı".
Qeyd edək ki, "Araz-Naxçıvan" qış fasiləsində ilk yoxlama görüşündə "Sumqayıt"la heç-heçə edib - 2:2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 10 Yanvar 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















