Icma.az
close
up
RU
Tərlan Əhmədli: “Komandamızın potensialı var, bunu nəticəyə çevirməliyik”

Tərlan Əhmədli: “Komandamızın potensialı var, bunu nəticəyə çevirməliyik”

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın qapıçısı Tərlan Əhmədli Sport24.az saytına müsahibə verib.
- "Kəpəz"lə qarşılaşmada məğlubiyyətə səbəb nə oldu?
- Məğlubiyyətin əsas səbəbi müdafiədə yol verdiyimiz səhvlər və hücumda yaratdığımız fürsətlərdən yetərincə yararlana bilməməyimiz oldu. Komanda meydanda öz oyununu tam göstərə bilmədi. Belə qarşılaşmalarda hətta kiçik səhvlər belə yekun nəticəyə ciddi təsir göstərir.
- Düşünürsüzmü ki, bir qazanılan qələbə komandanı bu durumdan çıxaracaq?
- Fikrimcə, bir qələbə komandaya böyük motivasiya verə və özünəinamını artıra bilər. Ancaq mövcud vəziyyətdən çıxmaq üçün təkcə bir qələbə kifayət deyil. Əsas məsələ komandanın öz oyununu tapması, buraxdığı səhvləri aradan qaldırması və nəticələri davamlı şəkildə yaxşılaşdırmasıdır.
- "Araz-Naxçıvan"ın toparlanması və qələbə qazanması üçün nə çatmır?
- Bizə ilk növbədə oyunun həlledici məqamlarında daha çox inam, diqqət və soyuqqanlılıq lazımdır. Komandanın potensialı var, əsas məsələ bunu meydanda nəticəyə çevirməkdir. Bunun üçün kollektiv şəkildə daha çox çalışmalı, səhvlərimiz üzərində işləməli və komanda olaraq inkişaf etməliyik.
- Sizcə, qələbəsiz davam etsəniz, futbolçularsa özünəinam daha da azalacaq?
- Təbii ki, ardıcıl uğursuz nəticələr futbolçulara psixoloji təsir göstərə bilər. Ancaq peşəkar futbolçu belə məqamlarda özünü toparlamağı və daha güclü olmağı bacarmalıdır. Biz bir-birimizə inanmalı, komanda ruhunu qorumalı və bu çətin vəziyyətdən birlikdə çıxmaq üçün əlimizdən gələni etməliyik.
- "Sumqayıt" səfərində qələbə qazana bilərsiniz?
- Əlbəttə, "Sumqayıt" səfərinə qələbə qazanmaq məqsədilə yollanacağıq. Bizi çətin oyunun gözlədiyini bilirik, amma komandamıza inanırıq. İnanıram ki, hər şey yaxşı olacaq. Əsas odur ki, meydanda sona qədər mübarizə aparaq, məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirək və yaratdığımız qol imkanlarından maksimum yararlanaq. Qarşıdakı oyunda əsas məqsədimiz azarkeşlərimizi sevindirmək və qələbəsiz oyunlar seriyasına son qoymaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sport24.az
archiveBu xəbər 12 Oktyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri