Icma.az
close
up
RU
Tərlan Əhmədov, Adil Şükürov, İndi də Azər Bağırov?

Tərlan Əhmədov, Adil Şükürov, İndi də Azər Bağırov?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Gələn mövsümdən yeni stadionda oynayacaq “Kəpəz”də yenə də baş məşqçi dəyişikliyi ola bilər.

Belə ki, Gəncə klubunun rəhbərliyi vaxtı ilə “Xəzər Lənkəran”ı çalışdırmış Mirça Rednikin xidmətində maraqlıdı. Bəs belə davranış nə dərəcədə düzgündü? “Kəpəz” rəhbərliyi ardıcıl üçüncü dəfə eyni səhvi edəcək? Nəyə görə üçüncü?
2022/23 mövsümün əvvəlində aşkar autsayder olan “Kəpəz” Tərlan Əhmədovu baş məşqçi postuna gətirdi. Qərblilər həmin mövsümü 8-ci pillədə tamamladı. Mövsümün sonunda isə gözlənilmədən Tərlan Əhmədov istefaya göndərildi. “Kəpəz” azarkeşləri rəhbərlikdən israrla gəncəli mütəxəssis tələb etdi. Ötən mövsümün əvvəlində də sonuncu pillədə gedən “Kəpəz” vəziyyətin yaxşı olmadığını görüb Adil Şükürovu gətirdi. Adil Şükürov “Qəbələ”ni geridə qoyub, mövsümü 9-cu pillədə bitirdi. Eyni qaydada Şükürovu da bəyənməyən klub rəhbərliyi bu mövsüm Azər Bağırovu gətirdi. Azər Bağırov da kiçik büdcə ilə, yaxşı oyun göstərməklə, demək olar ki, komandanı premyer-liqada saxlayıb. “Neftçi” ilə oyundan sonra mətbuat konfransında Bağırovun komandadan incidiyi hiss olundu. Rednikin gəlməsi ilə bağlı sualın cavabında “lap yaxşı, nəsə demək istəmirəm” dedi.
Rednik xəbərləri niyə var? Niyə “Kəpəz” rəhbərliyi ilə anlaşdığını deyib? Od olmayan yerdən tüstü çıxmaz axı. Azər Bağırovun komandası bu mövsüm 7 qələbə qazanmaqla 29 xal toplayıb. “Sumqayıt”dan da cəmi 1 xal geridədi. Qarşıdakı mövsümdə klubun büdcəsinin artırılacağı ehtimalı da var. “Kəpəz” iddialı, ən azı orta pillələrdə olmaq üçün mübarizə aparmaq istəyirsə, Azər Bağırovdan yaxşı seçim görünmür. Çünki həm çempionata, həm də komandasına bələddi.
Rednikin tanıdığı Azərbaycan çempionatından isə əsər-əlamət qalmayıb. Çünki rumıniyalı düz 14 ildi ölkəmizin futbolundan uzaqdı. 6-7 il əvvəl gedən Roman Qriqorçuk dönüşündə baş çıxara bilmədi. Rednik nə edəcək? “Kəpəz” rəhbərliyi Azər Bağırova güvənsə, hər il daha da “artıran” komanda görə bilərik.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 May 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri