Icma.az
close
up
RU
Tərlan Əhmədov: “İndiki halda “Qarabağ”ın vəziyyətini bilmirik”

Tərlan Əhmədov: “İndiki halda “Qarabağ”ın vəziyyətini bilmirik”

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hamımızın gözləntimiz qələbədir. Təmsilçimizin qalib gəlməsini istəyirik". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Əhmədov deyib.
Keçmiş müdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Qarşımızda zəif rəqib yoxdur. Amma hamımız istəyirik ki, "Qarabağ" növbəti mərhələyə də vəsiqə qazansın. Almaniya çempionatında qış fasiləsi olmayıb. Amma təmsilçimiz Antalyada təlim-məşq toplanışında yoxlama oyunları keçirdi".
Əhmədov qonaqların da sonadək mübarizə aparacağını söyləyib:
"İndi halda "Qarabağ"ın hansı vəziyyətdə olduğunu bilmirik. Yoxlama matçları keçirilib, qalibiyyətlər əldə ediblər. Amma "Ayntraxt" adından söz etdirən kollektivdir. Bütün oyunlarda qollar vururlar. Hətta "Barselona" ilə görüşdə də hesabı açan tərəf idi. Demək olar ki, hücum xətti öz sözünü deməyi bacarır".
O, "Qarabağ"ın əvvəlki turda "Ayaks"la qarşılaşmada boşluqlar verdiyini sözlərinə əlavə edib:
"Müdafiədə və yarımmüdafiənin mərkəzində bu, hiss edilirdi. Mövsümün ilk yarısının sonunda futbolçularda yorğunluğu görürdük. Fasilə futbolçuların özünə gəlməsinə şərait yaratmış olar. Ümid edirəm ki, komanda bugünkü oyunda əvvəlki əzəmətini qaytaracaq və qalib gələcək".
Təcrübəli mütəxəssis "Qarabağ"ın qələbə sayəsində növbəti mərhələyə çıxa biləcəyini vurğulayıb:
"Elə komandalar var ki, onların oynayacağı rəqiblər güclüdür. "Qarabağ" qalib gəlsə, "24-lüy"ə düşmək şansı daha çoxdur. Əks halda şans əldən çıxacaq. Növbəti matç "Liverpul"a qarşıdır. Hər halda İngiltərə təmsilçisi imicini aşağı salmaz. Fanatları qarşısında "Qarabağ"a uduzmaq və ya xal itirmək istəməz. Bir sözlə, bugünkü oyun "Qarabağ" üçün böyük şansdır. Amma rəqib də güclüdür. Hər halda Bundesliqa komandasıdır. "Qarabağ"ın öz sistemi var. Rəqib matça hazırdır. Biz də elə olmalıyıq. Müdafiədə və yarımmüdafiədə diqqətli olmalıyıq. Bunlar nəzərə alınmalıdır. İnanırıq ki, komanda bütün xalqımızı sevindirəcək və növbəti mərhələyə vəsiqə qazanacaq"
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı saat 21:45-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Yanvar 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri