Icma.az
close
up
RU
Tərlan Əhmədov Konfrans Liqasındakı təmsilçilərimizin şanslarını dəyərləndirib

Tərlan Əhmədov Konfrans Liqasındakı təmsilçilərimizin şanslarını dəyərləndirib

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“İlk qarşılaşmadakı nəticənin cütün taleyini müəyyənləşdirəcəyini düşünmürəm. Cavab oyunu öncəsi şanslar yenə bərabərdir. Belə oyunlarda bir məğlubiyyətlə hər şey bitmir, vəziyyəti dəyişmək imkanı həmişə olur. Çox nadir hallarda ilk matçdan sonra hər şey aydınlaşır”.

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında Tərlan Əhmədov bildirib.

Təcrübəli mütəxəssis Konfrans Liqasındakı təmsilçilərimizin şanslarını dəyərləndirərkən daha sonra bunları qeyd edib: “Hər iki təmsilçimizdən qələbə gözləyirik. Əlbəttə, asan olmayacaq. “Omoniya” Elmar Baxşıyev üçün tanış rəqibdir. “Qəbələ”də işlədiyi dönəmdə də bu komandaya qarşı oynamışdılar. Rəqibin sabit və oturuşmuş heyəti var. Buna baxmayaraq, “Araz-Naxçıvan” bu mövsüm əvvəlki dövrlərlə müqayisədə daha təsirli çıxış edir. Komandaya keyfiyyətli legionerlər cəlb olunub və hər görüşdə performanslarını artırırlar. Hücumda daha aqressivdirlər, ancaq müdafiədə müəyyən boşluqlar müşahidə olunur. Əgər arxa xəttdə daha diqqətli oynasalar, bu oyunda üstünlük əldə edə bilərlər. İlk qarşılaşmanın evdə olması da üstünlükdür. Mümkün qədər çox qol vurmaq vacibdir ki, cavab matçında vəziyyət asanlaşsın. “Omoniya”nın aqressiv futbolunu ötən mövsüm “Zirə” ilə oyunlarında da görmüşdük. Onların vurduğu qollar hücum potensiallarının yüksək olduğunu sübut edir”.

Əhmədov “Sabah”ın rəqibi “Levski” haqqında da danışıb: “Levski” avrokuboklarda zəngin təcrübəyə malikdir və köklü bir klubdur. Ancaq futbolda keçilməz rəqib olmur. Biz də komandalarımızdan uğurlu çıxış gözləyirik. Əgər bu mərhələyə qədər irəliləmişiksə, demək ki, şanslar bərabərdir. Az səhv edən və müdafiədə daha sıx oynayan tərəf növbəti mərhələyə keçəcək. Belə oyunlarda edilən səhvlər baha başa gəlir və cəzasız qalmır. Əsas arzumuz isə təmsilçilərimizin pley-offa vəsiqə qazanmasıdır”.

Tərlan bəy hamının zəif yeri olduğunu düşünür: “Hər bir komandanın zəif nöqtələri olur. Əminəm ki, məşqçilər bunları dəqiq analiz edib və ona uyğun hazırlıq görüblər. Təmsilçilərimizin həm müdafiə, həm də hücum baxımından oyun üslubu kifayət qədər qiymətlidir. Belə məqamlarda rəqibə onun oyun tərzi ilə cavab vermək önəmli olur”.

Əhmədov yekunda təmsilçilərimizə inamını ifadə edib: “Klublarımız heyət və oyun üslubu baxımından mərhələ keçəcək gücdədirlər. Yeni transferlər komandaya dinamika qatıb. Bu səbəbdən meydanda rəqib qarşısında çarəsiz görünməyəcəklər. Əgər hücumda daha aqressiv olub, yaranan imkanları dəyərləndirə bilsək, mərhələ adlayan tərəf biz ola bilərik. Futbolumuz artıq o səviyyəyə gəlib çatıb ki, transfer edilən legionerlər sayəsində komandalar daha iddialı çıxış etməyə başlayıblar. Ümid edək ki, təmsilçilərimiz əllərindən gələni edərək növbəti mərhələyə yüksələr. Hətta pley-offa keçə bilməsələr belə, buraya qədər göstərilən mübarizə də böyük nəticədir. Ən çox arzuladığımız isə qrup mərhələsində daha çox klubumuzun təmsil olunmasıdır. Futbol elə oyundur ki, hər an gözlənilməz nəticələr ortaya çıxa bilər. Ümid edək, bu sürprizlər xeyrimizə olar”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Avqust 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri