Icma.az
close
up
RU
Terminator un rejissoru süni intellektdən qorxur

Terminator un rejissoru süni intellektdən qorxur

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hollivudun məşhur kinorejissoru Ceyms Kemeron süni intellektin silah sistemləri ilə birləşməsindən ehtiyat edir. Dünya şöhrətli amerikalı sənətçi, "Terminator" filminin rejissoru bəşəriyyət üçün üç əsas təhdiddən söz açıb.
Reyting.az
-ın məlumatına görə, "Rolling Stone" nəşri yazır ki, kinorejissor, ssenarist və prodüser Ceyms Kemeron ona verilən suala cavabında “süni intellekt haqqında fərqli düşünürəm”,- deyib.
Məşhur rejissor süni intellektin film istehsalında çox faydalı ola biləcəyini desə də, onu narahat edən bəzi ciddi məqamlar var.
"Terminator"-un müəllifi əminliklə bildirib ki, süni intellekt və silahlanma yarışı təhlükəli bir birləşmədir. Onun fikrincə, "Terminator" filmində göstərilən fəlakətlərin nə zamansa gerçəyə çevrilməsi mümkündür.
Rejissor həm də vurğulayıb ki, belə bir dəhşətli təhlükə əslində hər an reallığa çevrilə bilər, çünki hələ heç kim süni intellektin yanlış əllərə düşməyəcəyinə zəmanət verməyib.
"Hiroşimanın kabusları" kitabının ekranlaşdırılması ilə bağlı "Rolling Stone" nəşrinə müsahibəsində məşhur rejissor deyib:
"Əgər süni intellekt silah sistemləri ilə – o cümlədən nüvə silahları, nüvə müdafiə sistemləri, qarşı zərbə sistemləri, yəni bu kimi sahələrlə birləşdirilsə, "Terminator" üslubunda apokalipsis təhlükəsinin real olduğuna şübhə etmirəm.
Bu məsələ çox ciddidir. Hazırda hərbi əməliyyatların gedişi elə bir sürətlə dəyişir ki, hətta qərarların qəbulu üçün vaxt belə məhduddur. Bu prosesləri analiz etmək üçün artıq fövqəlağıllı sistemlərə daha çox ehtiyac yaranır. Bəlkə də, qərar qəbul edən həmin toplumda insan faktorunu saxlamaqla yetərincə ağıllı olarıq. Təbii ki, insanlar da qüsursuz deyil, üstəlik, tarixdə nüvə müharibəsinə apara biləcək çoxlu sayda səhvlər buraxılıb".
C. Kemeron daha sonra hazırda bəşəriyyətin mövcudluğuna əsas təhdid yaradan üç vacib amili sadalayıb: "İqlim dəyişikliyi və ətraf mühitin ümumi tənəzzülü, nüvə silahı, fövqəlağıllı süni intellekt".
"Görünür, bu təhdidlərin hamısı eyni vaxtda ortaya çıxır və öz pik nöqtəsinə çatır. Ola bilsin, cavab elə süni fövqəlağıllı sistemlərin özüdür. Bilmirəm. Mən bunu proqnozlaşdırmıram, ancaq bəlkə də doğrudan da belədir",- deyə Kemeron əlavə edib.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Avqust 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri