Terminator un bu VİDEOsu gündəm oldu
Icma.az bildirir, Milli.az portalına istinadən.
Məşhur aktyor və keçmiş Kaliforniya qubernatoru Arnold Şvartsenegger bu səhər Nyu-Yorkda beş mühafizəçi müşayiəti ilə görüntülənib. Xarici medianın yaydığı görüntülərdə bir vaxtlar ekranlarda güc simvolu olan "Terminator"un indi yavaş addımlarla, bir qədər enerjisiz və yaşlanmış halda hərəkət etdiyi diqqət çəkib.
Milli.Az bildirir ki, məşhur aktyor şəhərdə yeni filminin çəkiliş meydançasına gedərkən lentə alınıb. Əynində isə bayram temalı sviter olması izləyiciləri təəccübləndirib - bir vaxtlar polad sinəsi ilə düşmənlərini məhv edən "Terminator" indi daha çox yeni il babasına bənzəyirdi.
Sosial mediada yayılan videoya izləyicilər maraqlı şərhlər yazıblar:
"Terminator indi öz təhlükəsizliyi üçün beş mühafizəçi ilə gəzir? Haradadır o köhnə güc?"
"Bu, "Qocalmış Terminator: Geri Qayıdış" filminin çəkilişləridir?"
Bəziləri isə onun sağlamlığı ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Arnold Şvartsenegger, 76 yaşına baxmayaraq, hələ də yeni filmlərdə rol almağa davam edir.
Milli.Az Musavat.com-a istinadən həmin videonu təqdim edir:
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















