Icma.az
close
up
RU
TerPetrosyan törətdiyi cinayəti təsdiqləyir Samir Vəliyev

TerPetrosyan törətdiyi cinayəti təsdiqləyir Samir Vəliyev

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sosial şəbəkələrdə yayılmış çıxışı bu ölkənin gerçək mahiyyətini ifadə edir. Hələ dövlət başçısı olarkən Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistanın təcavüzkar və terrorçu mahiyyətini əks etdirir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, tarixən Cənubi Qafqaz mühüm inkişaf perspektivinə malik, yüksək logistik üstünlüklər daşıyan coğrafiya, ən əsası isə sivilizasiyalararası inteqrasiyanın əsas mərkəzlərindən biri kimi şöhrət qazanıb. Amma son 200 ildə Cənubi Qafqazda baş verən hadisələr bu inkişaf meyarlarının önə keçməsinin qarşısını alıb. Bunun günahkarı isə birmənalı şəkildə uydurma “Böyük Ermənistan” təxəyyülünə malik olan ermənilər, faşizmi dövlət siyasətinə çevirən Ermənistanın siyasi rəhbərləri olub. Xüsusilə, 1988-1991-ci illərdə faşizm eqoizmlərini “milli ideologiya” adı altında pərdələyərək regionu terror yuvasına çevirən Ermənistan Azərbaycan xalqına qarşı dəhşətli cinayətlərə imza atdı. Belə ki, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, ata-baba yurdlarından zor gücünə qovuldu, deportasiyaya məruz qaldı. Qarabağın və ətrafındakı rayonların işğalı isə xalqımıza qarşı olmazın soyqırımları ilə müşayiət olundu. Qaradağlı, Başlıbel, Xocalı soyqırımları kimi faciələr əsl cinayət idi.

Millət vəkilinin sözlərinə görə, Ermənistan illərdir törətdiyi bu cinayətləri etiraf etməkdən yayınıb. Amma artıq həqiqətin önünə keçmək mümkün deyil. Real faktlar erməni faşizminin üzərindən pərdəni qaldırır və bu “dövlətin” mahiyyətini dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin müəlliflərindən biri tərəfindən etiraf olunur. Bu faşist mahiyyət, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Ermənistanın keçmiş dövlət başçısının dili ilə təsdiqlənir. Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosu da bunun göstəricisidir. Çıxışında Ter-Petrosyan etiraf edir ki, 1988-ci ilə qədər Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz ev-eşiyindən didərgin salınıb. Bu fikirlər birmənalı şəkildə Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin, tarixi cinayətin etirafıdır. Ter-Petrosyan öz sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini ortaya qoyur. Ermənistanın birinci prezidenti tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan “azad ərazilərə çevirdikləri”ni deyir. Bu isə birmənalı şəkildə cinayət faktının etirafıdır.

“Əslində bu, ilk fakt deyil. Ermənistan rəhbərlərinin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, hətta Xocalı soyqırımı ilə bağlı fikirləri onların törətdikləri cinayətlərin faktoloji sübutudur. Məsələn, Ermənistanın ikinci prezidenti və Xocalı qətliamının iştirakçılarından biri olan Robert Koçaryan AŞPA-nın sessiyasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirmişdi. Serj Sarkisyan da Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu və dinc azərbaycanlıları qətlə yetirdiklərini etiraf etmişdi. Bütün bunlar bəşəriyyətin ən böyük faciələrindən birini törədən şəxslərin etiraflarıdır və birmənalı şəkildə cinayət tərkibi daşıyır. Onlar bu cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Eyni zamanda, beynəlxalq ictimaiyyət bu etiraflar fonunda Ermənistanın gerçək mahiyyətini tanımalıdır”,- deyə Samir Vəliyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 07 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri