Icma.az
close
up
RU
Levon TerPetrosyanın çıxışı bir daha Ermənistanın vandal və terrorçu ölkə olduğunu sübut edir DEPUTAT

Levon TerPetrosyanın çıxışı bir daha Ermənistanın vandal və terrorçu ölkə olduğunu sübut edir DEPUTAT

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Levon Ter-Petrosyanın çıxışı bir daha Ermənistanın vandal və terrorçu ölkə olduğunu sübut edir" - DEPUTAT

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı ermənilərin Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirdiyinin növbəti sübutudur".

Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, tarix boyu ermənilər azərbaycanlılara qarşı müxtəlif cinayətlər, terror və soyqırım aktları törədiblər:

""Böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların torpaqları hesabına dövlət quran ermənilər son iki əsr ərzində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər, cinayətlər və terror aktları həyata keçiriblər.ötən əsr boyunca qərbi azərbaycanlıları öz ata-baba yurdundan dörd dəfə deportasiya edən Ermənistanın cəzasız qalması Azərbaycan ərazi iddialarına və 20 faiz torpaqlarımızın 30 il ərzində işğal altında qalmasına səbəb oldu. 44 günlük Vətən müharibəsində və 1 günlük anti-terror əməliyyatı nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ədaləti bərpa etməsi regionda sülh üçün münbit şərait yaranıb. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər qərbi azərbaycanlılarda öz evlərinə sülh və təhlükəsiz şəkildə qayıtmaq ümidini daha da artırdı.1987-1991-ci illərdə 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan zorla qovulub.Levon Ter-Petrosyanın çıxışı bir daha Ermənistanın vandal və terrorçu ölkə olduğunu, xalq olaraq xaosdan, terrordan qidalandığını bir daha sübut etmiş oldu".

Deputat vurğulayıb ki, qərbi Azərbaycana qayıdış soydaşlarımızın təbii hüququdur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

"Biz Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb edirik. Dövlətimizdə qərbi Azərbaycanda bizə məxsus tarixi abidələrin, mədəni irsin məhv edilməsinə dair kifayət qədər faktlar mövcuddur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir. Gec-tez soydaşlarımız öz doğma yurdlarına geri qayıdacaqlar".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Yanvar 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri