Icma.az
close
up
RU
Terror Təşkilatı Türkiyədən nə istəyir və bunun nəticələri nə ola bilər? TƏHLİL

Terror Təşkilatı Türkiyədən nə istəyir və bunun nəticələri nə ola bilər? TƏHLİL

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İmralı görüşlərində Abdullah Öcalanın tələbləri terror təşkilatının uzunmüddətli planlarının bir parçası olaraq Türkiyənin bütövlüyünə qarşı ciddi təhlükələr yarada bilər". 


Bu sözləri "Sherg.az"a açıqlamasında Türk asker ve güvenlik uzmanı Abdullah Ağar deyib.


Ekspert əlavə edib ki,  Öcalan ilk açıqlamasında dedi ki, “Bütün bu səylərimiz ölkəni layiq olduğu səviyyəyə yüksəldəcək və eyni zamanda demokratik bir dəyişiklik üçün çox dəyərli bir yol göstərici olacaqdır.”:


"Bu ifadədəki “demokratik dəyişiklik” nə deməkdir? Bu sualın cavabını YPG/PKK/KCK-nın strategiyasında tapmaq mümkündür. Onların məqsədi “demokratik dəyişiklik” adı altında muxtariyyət, konfederasiya, kantonal idarəetmə və ya federativ model qurmaqdır. Bu modellərdən hər biri Türkiyənin bölünməsi ilə nəticələnə biləcək proseslərə zəmin yaradır. Terror təşkilatının məqsədlərini gizlətmədiyini açıq şəkildə görürük. İstənilən güzəşt, hətta kiçik bir dəyişikliyin belə Türkiyənin milli təhlükəsizliyinə zərər verəcəyi artıq açıq-aydındır. Bu təşkilatın Suriyadakı YPG qolunun tətbiq etdiyi kantonal idarəetmə modeli, yerli idarəetmələrdəki həmsədrlik sistemi və digər fəaliyyətlər onların bu məqsədlərini bir daha təsdiqləyir. Terror təşkilatının daha bir tələbi danışıqların zamin dövlətlərin himayəsində keçirilməsidir. Zamin dövlətlərin mövcudluğu, ilk baxışdan, bir diplomatik vasitə kimi görünsə də, əslində, məsələnin beynəlxalq müstəviyə çıxarılmasına xidmət edir. Bu, həm də terror təşkilatının rəsmi tərəf kimi tanınması və beynəlxalq legitimlik qazanması deməkdir. Belə bir vəziyyətdə Türkiyə təşəbbüsü itirər və danışıqlar prosesində tamamilə kənarda qalar. Abdullah Öcalanın və terror təşkilatının digər rəhbərlərinin diqqət çəkən bir başqa tələbi ümumi əfvlə bağlıdır. Bu tələblər, əslində, terrorçuların qeydsiz-şərtsiz azad edilməsini və terrorla mübarizənin zəiflədilməsini nəzərdə tutur. Lakin belə bir addım həm hüquq sisteminin çökməsinə, həm də xalqın dövlətə olan inamının azalmasına səbəb olacaq. Bu, yalnız terror təşkilatının Türkiyəyə qarşı bir uğuru kimi qəbul ediləcək və ədalət prinsipinə ciddi zərbə vuracaq".


Ekspert əlavə edib ki, terrorla mübarizə qanununda dəyişiklik edilməsi və qəyyumların məhkəmə qərarı ilə təyin olunması tələbləri də terror təşkilatının siyasi təzyiq vasitəsi yaratmağa çalışdığını göstərir:

"Bu tələblər yerinə yetirilsə, bələdiyyə idarəetmələri terrorun nəzarətinə keçəcək və dövlətin suverenliyi təhlükə altına düşəcək. Terror təşkilatının həmsədrlərindən birinin təhdid dolu açıqlamaları bu niyyətləri daha da gücləndirir: “Ya müsbət bir dəyişiklik baş verəcək və barışıq qurulacaq, ya da mənfi dəyişikliklər olacaq və hər yer Qəzzəyə çevriləcək.” Bu, əslində, Türkiyəni təzyiq altında saxlamağa hesablanmış bir strategiyanın parçasıdır. YPG/PKK-nın siyasəti dəyişməzdir. Onlar hər zaman Kürdlərin qanı üzərindən siyasət, ticarət və bölgədə vasitəçilik edirlər. Amma burada əsas məsələ odur ki, bu terror siyasətindən ən çox zərər görən elə Kürdlərin özüdür. Kürd xalqı əvvəlcə terror təşkilatı ilə üzləşməli və onlarla hesablaşmalıdır. Məsələ yalnız Türkiyə ilə məhdudlaşmır. Bu, Orta Şərqin yenidən qurulması planının bir hissəsidir. Qəzzədən Suriyaya qədər uzanan və Türkiyəni də əhatə edən geniş bir planın tərkib hissəsidir. Türkiyə bu plana qarşı mübarizəsində həm milli, həm də beynəlxalq səviyyədə qətiyyətli olmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see260

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see229

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see170

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see158

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see141

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see140

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see133

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see130

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri