Icma.az
close
up
RU
Terrorsuz Türkiyə: Bir millətin cəsarətlə yazdığı yeni tarix

Terrorsuz Türkiyə: Bir millətin cəsarətlə yazdığı yeni tarix

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kədərin bitdiyi, ümidin doğduğu yeni bir dövr başlayır...Türkiyənin təxminən yarım əsri əhatə edən və böyük qurbanlar bahasına başa gələn terrorizmə qarşı mübarizəsi, nəhayət, müsbət nəticəsini verdi. 1978-ci ildə yaradılan, 1984-cü ildən etibarən terror aktları həyata keçirən və 40 mindən artıq insanın həyatına son qoyan PKK terror təşkilatı öz mövcudluğunu sona çatdırmaq qərarını elan etməyə məcbur oldu.

Qətiyyətli mövqeyi və uzaqgörən siyasəti ilə seçilən, müasir dünyanın nüfuzlu dövlət başçılarından olan Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyə Cümhuriyyəti bu gün “Terrorsuz Türkiyə” hədəfinə doğru əzm və inamla irəliləməkdədir. “Ya silahları göməcəklər, ya da silahlarla gömüləcəklər”, - fikri Türkiyəni terrora qarşı mübarizədə tarixi dönüş nöqtəsinə çatdırmış Prezident Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsinin parlaq ifadəsidir.

Uzun illərdir böyük güclərin əlində bir alətə çevrilmiş PKK terror təşkilatının əsas məqsədi türk və kürd xalqları arasındakı qardaşlıq bağlarını zəiflətmək, ölkədə sabitlik və həmrəyliyi pozaraq separatçı fikirlərlə dövlətin əsas prinsiplərinə zərbə vurmaq olmuşdur.

Düşmənin bu kimi məkrli siyasətinə və xain hücumlarına qarşı daim qəti və prinsipial mövqe sərgiləyən Türkiyə Cümhuriyyəti, xüsusilə son on il ərzində terrorizmə qarşı daha təsirli yeni hərbi-taktiki əməliyyatlar həyata keçirməyə başlamışdır. Belə ki, Türkiyə ordusu təkcə ölkədaxili deyil, qonşu İraq və Suriya ərazilərində də terror yuvalarının məhv edilməsi əməliyyatlarını böyük əzimkarlıqla yerinə yetirmişdir. Xüsusilə, Suriyada əldə edilmiş unikal siyasi uğurlar bu təşkilatın fəaliyyətinin neytrallaşmasına əsaslı zəmin yaratmışdır.

Türkiyə yalnız hərbi sahədə deyil, siyasi arenada da terror təşkilatına qarşı qətiyyətli mübarizə aparmışdır. Nəticədə ABŞ, Avropa İttifaqı, Avstraliya və başqa bu kimi ölkələr PKK-nı terror qruplaşması kimi tanımışdır. Xüsusilə, ABŞ PKK-nı 1997-ci il avqustun 10-dan terrorçu təşkilatlar siyahısına daxil etmiş, 2003-cü ildə isə Dövlət Departamenti bu təşkilatı hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, onu terror təşkilatı kimi qəbul etdiyini bildirmişdir.

Lakin bütün bunlara baxmayaraq, daim ikili standartlar sərgiləyən bəzi böyük dövlətlər bu ilan yuvasını dolayı, bəzən isə açıq şəkildə dəstəkləmiş, hətta birbaşa silah-sursatla ona yardım etmişlər. Bu mənada, Türkiyənin terror təşkilatı üzərində qazandığı qəti qələbə, eyni zamanda bu təşkilatı himayə edən, bəsləyən qlobal güclərə qarşı da ən böyük hərbi-siyasi cavabdır.

Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi: “Terrorsuz Türkiyə” yeni mərhələyə qədəm qoyur. Qazanan millətimiz, ölkəmiz və regiondakı qardaşlarımız olacaq...Bu prosesdən uduzan tərəf isə qanla bəslənən imperialistlər olacaq”.

Hər zaman “Bir millət, iki dövlət” milli konsepsiyasını rəhbər tutan qardaş Azərbaycan Türkiyənin bu tarixi qələbəsinə dəstək verərək sevincini bölüşdü. Prezident İlham Əliyevin X sosial şəbəkə hesabında yayımladığı paylaşımda bu fikirlər yer alır: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.

Bəli, qətiyyətli lider – güclü dövlət və parlaq gələcək deməkdir. Bu mənada, biz bu fikri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın xalqın inamını qazanmış iki müdrik rəhbər kimi tarixə adlarını qızıl hərflərlə yazdıran liderlərin timsalında açıq şəkildə görə bilərik. Bu gün hər iki qardaş ölkə regionda və dünyada öz haqlı mövqelərini birlikdə qətiyyətli şəkildə müdafiə edən, möhkəm təməllər üzərində siyasi və iqtisadi baxımdan dayanıqlı inkişaf yolu ilə addımlayan nadir ölkələrdəndir.

Böyük öndər Mustafa Kamal Atatürkün “YURDDA SÜLH, CAHANDA SÜLH” şüarını dövlət idarəçiliyinin əsas prinsipi kimi qəbul edən Türkiyə Cümhuriyyəti bu gün “Terrorsuz Türkiyə” ideyasını reallığa çevirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə sülhə və sabitliyə sadiqliyini bir daha sübut etmiş oldu.

Eyni zamanda, Türkiyə rəhbərliyi sarsılmaz qətiyyəti hesabına qazandığı uğurlarla həm müqəddəs irsə sədaqətini, həm də gələcək nəsillərə terrordan uzaq, dinc, firavan və təhlükəsiz Vətən miras qoymaq əzmini də nümayiş etdirdi.

İnanırıq ki, terrorizmin kökünün kəsilməsi ölkədə davamlı sülh və sabitliyin, dayanıqlı inkişafın təmin olunması baxımından mühüm addım olacaqdır. Eyni zamanda, Türkiyənin tarixə düşəcək parlaq qələbəsi onun gələcək inkişafına, regionda və dünyada gücünün, nüfuzunun daha da artmasına geniş imkanlar açacaqdır. Bu mənada, terror təşkilatının ləğvi Türkiyə və ona dost-qardaş dövlətlər üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.

Coşqun MƏMMƏDOV,
AMEA Rəyasət Heyətinin elmi katibi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri