Icma.az
close
up
RU
Terrorsuz Türkiyə: proses necə davam edir?

Terrorsuz Türkiyə: proses necə davam edir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

2025-ci ilin iyul ayında PKK terror təşkilatı Abdullah Öcalanın çağırışı ilə Terrorsuz Türkiyə quruculuğu prosesi çərçivəsində İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində silahları təhvil vermişdi. Terror təşkilatı üzvləri silahlarını prosesi müşahidə edənlərin gözü qarşısında yandırmışdı. Bundan sonrakı dövrdə qardaş ölkədə Terrorsuz Türkiyə prosesində uğurlu irəliləyiş əldə olunub.
Sonrakı mərhələdə - 26 oktyabrda 2025-ci ildə sözügedən terror təşkilatı verdiyi bəyanatla Türkiyədən tamamilə çəkildiyini və silahlarını təhvil verdiyini elan edib. Bildirilib ki, bu qərar təşkilatın lideri Abdullah Öcalanın çağırışı ilə keçirilən 12-ci qurultayda qəbul edilib.
Hazırda da Türkiyəni terrordan tamamilə təmizləmək istiqamətində proses davam edir.
“Xalq Cəbhəsi” Terrorsuz Türkiyə prosesində son vəziyyəti politoloqlarla müzakirə edib.

“Böyük əhəmiyyətə malik bir proses olacaq”

Politoloq Oqtay Qasımov söyləyib ki, Türkiyədə bir neçə aydan bəri həyata keçirilən Terrorsuz Türkiyə layihəsi uğurla nəticələnərsə, bu, Türkiyə, Yaxın və Orta Şərq üçün olduqca böyük əhəmiyyətə malik bir proses olacaq: “Belə ki, məhz Yaxın və Orta Şərq, xüsusilə də Türkiyə ərazisində terror təşkilatlarının fəaliyyət göstərməsi bu bölgədə sabitliyin pozulması, eyni zamanda, dövlətlərin güclənməsinə qarşı böyük güclərin həyata keçirdiyi bir layihə kimi baxılmalıdır. Məhz Türkiyədə 40 ildən artıq bir müddətdə PKK və o cümlədən son illər DEAŞKPC, İŞİD və digər terror təşkilatlarının fəaliyyəti Türkiyə üçün kifayət qədər zərərli bir proses olub. Belə ki, məhz PKK ilə, ümumiyyətlə, terrorla mübarizəyə 40 ildə təxminən yarım trilyondan artıq vəsait xərclənib. Bu, olduqca böyük rəqəmdir. Belə ki, həmin qeyd olunan 500 milyarddan artıq vəsaitlər Türkiyə iqtisadiyyatına yatırılsaydı, əlbəttə ki, Türkiyənin iqtisadi durumu indiki durumundan ciddi şəkildə fərqlənə bilərdi”.

“Prosesin ardıcıl olaraq həyata keçirilməsinə ehtiyac var”

O vurğulayıb ki, məhz Türkiyə hakimiyyətinin son illər terrora qarşı apardığı ardıcıl mübarizə, eyni zamanda, onun terror təşkilatlarının silahsızlandırılması və Türkiyədə terrorun tamamən ortadan qaldırılması ilə bağlı həyata keçirdiyi siyasət özünün müəyyən nəticələrini verməkdədir: “Belə ki, PKK Türkiyə ərazisində silah buraxdığını bəyan edib və bu prosesin ardıcıl olaraq İraqda, sonra Suriyada həyata keçirilməsinə ehtiyac var. Belə ki, bu ölkələrdə PKK-nın digər qanadları fəaliyyət göstərməkdədir. Xüsusilə də PKK-nın əsas ünsürlərindən biri olan PYD, YPG, SDQ Suriyada fəaliyyət göstərir. Onların fəaliyyəti bölgədə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə təhdid yaratmaqla ciddi şəkildə bir gərginlik ortamı yaşatmaqdadır və məhz Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının da Türkiyə hakimiyyətinə verdiyi dəstək bu prosesin həyata keçirilməsi üçün kifayət qədər ciddi bir amil sayılmaqdadır”.
O.Qasımov bu istiqamətdə müəyyən önəmli addımların atıldığına toxunub: “Hətta PKK-nın lideri Abdullah Öcalan tərəfindən təşkilata silah buraxmaqla bağlı müraciətlər olunub. İmralıdakı terror başı ilə danışıqlar davam etdirilir. Ümid edirik ki, bu prosesin sonu Türkiyə dövlətinin planladığı ssenari üzrə həyata keçəcək və başa çatacaq. Belə olduğu təqdirdə, əlbəttə ki, biz Türkiyənin daha da güclənməsi, bölgədə və dünyada rolunun daha da artmasının şahidi ola biləcəyik. Ümid edirik ki, bu proses uğurla yekunlaşacaq”.
Politoloq Elçin Xalidbəyli qeyd edib ki, terrorsuz Türkiyə prosesinin effektivliyi son vaxtlar ciddi şəkildə artıb: “Çünki Ərdoğan hakimiyyəti israrla bu modelin baş tutması üçün əlindən gələn hər şeyi edir. Suriyada Əsəd rejiminin devrilməsindən sonra elə bir vəziyyət yaranıb ki, artıq terror məkanlarının, təşkilatlarının sıradan çıxarılması daha real görüntülər alıb. Xüsusilə də bu məsələdə ABŞ ilə Türkiyə arasında ortaq mövqenin mövcud olması PKK terror təşkilatına bağlı olan bütün qurumların hədəfə gəlməsinə və himayəsiz qalmasına səbəb olub. Hazırda Türkiyə ərazisindən PKK dəstələrinin çıxarılması demək olar ki, sona çatıb”.

“PKK-nın geri çəkiləcək yeri qalmayacaq”

E.Xalidbəyli diqqətə çatdırıb ki, PKK həm Suriyada, həm də İraq ərazisində öz düşərgələrini ləğv etməyə başlayıb: “Bəzi PKK terror qruplaşmaları tərk-silah olmağa başlayıblar. Hazırda əsas problem Suriya ərazisindədir. Suriyada PKK-nın uzantısı olan terror qruplaşması özünü siyasi qüvvə kimi gündəmə gətirməyə çalışır, amma silahı da yerə qoymaq istəmir. Halbuki, anlaşma ondan ibarətdir ki, bu terror qruplaşmasının bir qismi tərk-silah olunmalıdır, digər bir qismi isə öz mövqeyini dəyişərək Suriya silahlı qüvvələrinin tərkibində fəaliyyət göstərməlidir. Hələlik bundan imtina edirlər və bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin sıradan çıxarılması hələlik bir qədər ləngiyir. Ancaq PKK liderləri tərk-silah barədə razılaşıblar. Yaxın vaxtlarda PKK terror təşkilatının tamamilə sıradan çıxarılma ehtimalı realdır və ya yəqin ki, bir müddətdən sonra PKK-nın artıq geri çəkiləcək yeri belə qalmayacaq, tərk-silah olunmaq məcburiyyəti qaçılmaz olacaq”.

“PKK Türkiyənin ərazisini rəsmi tərk etdiyini bəyan edib”

Politoloq Əli Mustafa qeyd edib ki, bu gün Türkiyənin ən böyük hədəflərindən biri terrorsuz Türkiyədir: “Bunun üçün də PKK mənsubları ilə, başda Öcalan olmaqla artıq xeyli müddətdir danışıqlar aparılır və bir sıra uğurlu nəticələr var. PKK Türkiyənin ərazisini rəsmi tərk etdiyini bəyan edib. Eyni zamanda, PKK-nın İraqda və digər bölgələrdə olan silahlıları hətta silahı yerə qoyma törəni keçirib. Yəni böyük miqyasda deyə bilərik ki, bu gün artıq Türkiyə ilə PKK arasında olan gərginlik aradan qalxıb. Amma bu terror təşkilatının İraqda, Suriyada uzantıları hələ də qalır və danışıqlar o istiqamətdə gedir ki, bunların da fəaliyyəti aradan qalxsın, dayandırılsın. Əslində, PKK qərar qəbul edib, yəni onların yüksək siyasi qurumlarının silahı yerə qoyma, bölgədə barış ortamı yaratma barədə qərarları var. Amma faktiki olaraq hələlik onların hamısı silahı yerə qoymayıblar. Xüsusilə Suriyada PYD, YPG qruplaşması silahlıdır. Lakin danışıqlar bu istiqamətdə də gedir”.

“Türkiyənin bu istiqamətdə apardığı siyasət uğurludur”

O vurğulayıb ki, Türkiyə dövlətinin gücü hər gün artır, o artıq regional bir gücdən daha böyük bir gücə çevrilir: “Bu da bölgədəki digər aktorların, o cümlədən PKK-nın da gördüyü, anladığı bir şeydir. Belə güclənən Türkiyə ilə üz-üzə gəlmək onlar üçün yaxşı bir şeylər vəd etmir. Düzdür, PKK-nın hələ də Türkiyəyə qarşı istifadə olunması, eyni zamanda, onlara bunun üçün müəyyən vədlərin verilməsi kimi reallıqlar var. Amma bütün hallarda mən düşünürəm ki, Türkiyənin bütün bu istiqamətdə apardığı siyasət kifayət qədər uğurludur. Ümid edirəm ki, gec-tez bölgə terrorsuz bir bölgəyə çevriləcək və ümumiyyətlə, Türkiyə mərkəzli bir güc, türk-müsəlman blokunun yaranması reallaşacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Noyabr 2025 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see555

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see438

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see363

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see357

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see347

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see299

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see281

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see261

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see261

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see254

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see253

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see248

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see246

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see239

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see238

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see237

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see235

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see229

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see210

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri