Icma.az
close
up
RU
Mətbəx təmiri xəzinəni üzə çıxardı: Təsadüfən dəfinə tapdılar

Mətbəx təmiri xəzinəni üzə çıxardı: Təsadüfən dəfinə tapdılar

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin Qərbi Dorset bölgəsində bir fermada aparılan təmir işləri zamanı cütlük XVII əsrə aid sikkə dəfinəsini təsadüfən aşkar edib. Təxminən beş il əvvəl baş verən hadisə evin tavan hündürlüyünü artırmaq üçün döşəmənin qazılması zamanı üzə çıxıb.
Demokrat.az
xəbər verir ki, bu barədə "Popular Mechanics" yazıb.
Robert Fuks döşəməni qazarkən içərisində təxminən 100 sikkə olan şirli keramika bir qabı sındırıb. Tapılan sikkələrin İngiltərə vətəndaş müharibəsinin ilk dövrünə aid olduğu bildirilir.
Sonradan “Purton sikkə dəfinəsi” adlandırılan tapıntıya I Ceyms və I Karl dövrünə aid qızıl sikkələr, həmçinin I Elizabet, Filipp və Mariya dövründən gümüş yarım kronlar, şillinq və sixpenslər daxil olub. Kolleksiya “Duke’s” auksionunda təxminən 75 min ABŞ dollarına satılıb.
Betti Fuksun sözlərinə görə, tapıntı zamanı o uşaqlarla birlikdə evdə olub, əri qazıntı apararkən onu çağıraraq nəsə tapdığını deyib. Sikkələr daha sonra vedrəyə yığılaraq müvafiq qurumlara təhvil verilib və təmizlənməsi, identifikasiyası üçün Britaniya Muzeyinə göndərilib.
Mütəxəssislər hesab edir ki, sikkələr böyük ehtimalla 1642–1644-cü illər arasında, İngiltərə vətəndaş müharibəsinin ən gərgin dövründə bir anda gizlədilib. O dövrdə insanlar sərvətlərini təkcə ehtiyat üçün deyil, həm də sağ qalmaq məqsədilə gizlədirdilər.
Həm parlament, həm də royalist qüvvələr evlərə daxil olaraq ərzaq və qiymətli əşyaları müsadirə edirdi. Bu səbəbdən bir çox ailələr divarlarda və saxsı qablarda gizli yerlər hazırlayaraq əşyalarını qorumağa çalışırdı, lakin onların bir hissəsi heç vaxt geri qayıdıb onları götürə bilməyib.
UCL-nin doktorantı və XVII əsr Britaniya siyasi tarixi üzrə mütəxəssis Vassim Əhməd bildirib ki, həmin dövrdə tərəflər dəyişkən idi və mülki əhali tez-tez müsadirə riski ilə üz-üzə qalırdı.
Dorset bölgəsi müharibə zamanı hərbi hərəkətlilik üçün strateji əhəmiyyət daşıyırdı. Müharibə isə sonda parlament tərəfinin qələbəsi və kral I Karlın edamı ilə nəticələnmişdi.
Tarixi məlumatlara görə, 1644-cü ildə Lim-Rejisdə parlament qarnizonu 8 həftəlik mühasirəyə davam gətirmiş, dəniz blokadasını yarmağa çalışan qaçaqmalçılar vasitəsilə təchizat əldə etmişdi.
Purton kimi kənd ərazilərində isə sakinlər daim qəfil hücum təhlükəsi ilə yaşayırdı. Fuks ailəsinin tapdığı xəzinənin də belə bir ailəyə aid olduğu ehtimal edilir.
Betti Fuks qeyd edib ki, döşəmə qazılmasaydı, sikkələr hələ də yerin altında qalacaqdı: “Düşünürəm ki, bu əşyalar bir gün geri götürülmək üçün gizlədilib, amma sahibinin buna imkanı olmayıb”.
Bu tapıntı İngiltərə vətəndaş müharibəsi dövrünün qarışıq tarixinin 400 ildən sonra üzə çıxan daha bir parçası kimi qiymətləndirilir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 May 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri