Icma.az
close
up
RU
Təsərrüfatlara dəymiş zərərə görə nə qədər sığorta ödənişi edilib?

Təsərrüfatlara dəymiş zərərə görə nə qədər sığorta ödənişi edilib?

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı artmaqdadır. Eyni zamanda aqrar sığorta ödənişlərinin məbləği, eyni zamanda ödəniş edilən məhsulların və bölgələrin siyahısı genişlənir.

"Unikal" xəbər verir ki, yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13 milyon 115 min AZN, yəni ötən ilin eyni dövrünə nisbətdə 18% artıq sığorta haqqı toplanılıb. Bitkiçilik uzrə sığorta haqqı 13%, heyvandarlıq üzrə sığorta haqqı isə 65% artıb.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıq olub.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il eyni zamanda ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrinin sığortası həyata keçirilib.

Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84% artıb.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 65% çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min manata çatıb.

2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65%-i), sel-subasma (15%), fırtına (17%) və leysan (2%) halları olub.

Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Bu ilin ilk 6 ayı ərzində ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri