Icma.az
close
up
RU
Təsərrüfatlara dəyən zərərə görə sığorta ödənlib

Təsərrüfatlara dəyən zərərə görə sığorta ödənlib

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. 

Aqrar Sığorta Fondu (ASF) Cəlilabad və Biləsuvarda əkin sahələrinə dəymiş zərər üzrə növbəti aqrar sığorta ödənişlərini həyata keçirib.

“Cebheinfo.az” xəbər verir ki, Cəlilabad rayonundan olan fermer Lətif Ağayev 9,26 hektar buğda sahəsini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığortalayıb, bunun üçün 151 manat sığorta haqqı ödəyib. 

Ərazidə baş vermiş sel-subasma hadisəsi nəticəsində əkin sahəsinə ciddi zərər dəyib. Nəticədə fermerə azadolma məbləği çıxılmaqla 8 598 manat məbləğində sığorta ödənişi edilib.

Sığorta ödənişi edilən digər sahibkar Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən olan fermer Etibar Əcəmov olub. Fermer 20 hektar buğda sahəsini ASF-də sığortalayaraq 141 manat sığorta haqqı ödəyib. 

Əraziyə vəhşi heyvanların hücum etməsi nəticəsində əkin sahəsinin bir hissəsinə zərər dəyib. Nəticədə ASF tərəfindən fermerə 1 802 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ödəniş alan fermerlər aqrar sığorta mexanizminin fəaliyyətindən razılıqlarını bildirib, digər fermer həmkarlarını da bu imkandan istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıblar.

Qeyd edək ki, aqrar sığorta vasitəsilə əkin sahələrini dolu, fırtına, qasırğa, yanğın, o cümlədən ildırım vurması nəticəsində baş verən yanğın, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq mümkündür. 

Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər, cüzi ödəniş etməklə təsərrüfatlarını böyük məbləğə sığortalaya bilərlər.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 İyul 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri