Icma.az
close
up
RU
Sədr: Pambıq sahələrinə dəymiş zərərə görə 1 milyon manatdan çox sığorta ödənişi edilib

Sədr: Pambıq sahələrinə dəymiş zərərə görə 1 milyon manatdan çox sığorta ödənişi edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi üzrə pambıq sahələrinə zərər ödənişləri 1 milyon manatı keçib.

AZƏRTAC xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, fond tərəfindən sığortalanmış və zərər ödənişləri həyata keçirilən pambıq sahələri ölkənin bütün pambıq rayonlarını əhatə edir.

“Pambıq Azərbaycanda 100 min hektardan artıq ərazidə becərilir. Aqrar sığotanın əhatə etdiyi pambıq sahələrinin ərazisi hər il artmaqdadır. 2023-cü ildə 14 min hektar pambıq sahəsi sığortalandığı halda, 2024-cü ildə sığortalanan pambıq sahələri 29 min hektara çatıb. Aqrar sığortaya maraq göstərən fermerlərin sayının artması, sığortalanan əkin sahələrinin genişlənməsi və təbiət hadisələrinin intensivliyi nəticəsində pambıq sahələrində baş verən hadisələr və sığorta ödənişləri də kəskin artıb. Belə ki, Aqrar Sığorta Fondu tərəfindən 2022-ci ildə 1672 hektar pambıq sahəsinə dəymiş zərərlər üzrə 387 min manat, 2023-cü ildə 8895 hektar pambıq sahəsinə dəymiş zərər üzrə 949 min manat, 2024-cü ildə isə 11 243 hektar pambıq sahəsini əhatə edən müqavilələr üzrə dəymiş zərərlərə görə 1,2 milyon zərər ödənişi hesablanıb”, - deyə Fuad Sadıqov qeyd edib.

Fondun sədri müqayisə edərək bildirib ki, 2024-cü il hadisələri üzrə 1,2 milyon manat zərər ödənişi hesablanıb, fermer və təsərrüfatların pambıq sığortası üzrə ödədiyi sığorta haqlarının ümumi məbləği isə 249 min manat təşkil edir: “Başqa sözlə, pambıq sığortası üzrə ödənişlər həmin təsərrüfatlar üzrə həyata keçirilmiş sığorta haqlarından 4 dəfə artıqdır. Ən böyük zərər ödənişləri Beyləqan (245 min manat), Ağdam (239 min manat), Tərtər (194 min manat), Ağcabədə (176 min manat) rayonları üzrə nəzərdə tutulur və hazırda həyata keçirilməkdədir. Başqa sözlə, pambıq əkinləri üzrə sığorta ödənişlərinin təqribən yarısı Qarabağ regionunu əhatə edən rayonların payına düşür. Statstika göstərir ki, pambıq sahələrinə ən çox zərər vuran hadisələr leysan yağışları, dolu, eləcə də sel-subasma hallarıdır. Belə ki, ümumi sığorta ödənişlərinin yarıdan çoxu – 743 min manatı sentyabr-oktyabr aylarında yağan leysan yağışlarının payına düşür. Dolu hadisələri üzrə 253 min manat, sel-subasma halları üzrə isə 172 min manat sığorta ödənişi hesablanıb”.

Fuad Sadıqov vurğulayıb ki, ümumilikdə indiyədək pambıq sahələrinin aqrar sığortası çərçivəsində fermer və təsərrüfatlara edilən ödənişlərin ümumi məbləği 2,5 milyon manatı keçib.

“Pambıq becərən fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə pambıq sığortası tariflərinə yenidən baxılıb və hazırda ölkənin ayrı-ayrı ərazilərində pambıq bitkisinin sığorta haqqı bəyan edilmiş məhsuldarlıqdan asılı olaraq 1 hektar üçün 15-30 manat arasında dəyişir. Bu ilin ilk 4 ayında Aqrar Sığorta Fondu tərəfindən 9,4 milyon manat sığorta haqqı toplanıb, 3,026 milyon manat sığorta ödənişi həyata keçirilib”, - deyə Aqrar Sığorta Fondunun sədri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri