Icma.az
close
up
RU
Tesla satışları son 3 ilin ən aşağı səviyyəsinə düşüb

Tesla satışları son 3 ilin ən aşağı səviyyəsinə düşüb

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” ilin birinci rübündə 336 min 681 avtomobil satıb.

Banco.az xəbər verir ki, “Tesla”nın satışları ötən rübdə 13% azalıb və son üç ilin ən aşağı səviyyəsinə enib.

Şirkət çərşənbə günü açıqlamasında, 2024-cü ilin ilk üç ayında 336 min 681 avtomobil təhvil verdiyini bildirib. Bu göstərici 2022-ci ilin ikinci rübündən bəri ən zəif satış nəticəsi olub. “Bloomberg” tərəfindən toplanan analitik proqnozlara görə, “Tesla”nın 390 mindən çox satış etməsi gözlənilirdi.

Avropada ilin ilk iki ayında “Tesla”nın satışları 43% azalıb, halbuki sektorda elektrikli avtomobil satışları 31% artıb.

Çində “BYD Co”nun bazarda üstünlüyünü daha da artırdığı müşahidə edilib. “BYD” batareya-elektrikli və plug-in hibrid avtomobil satışlarını ilk rübdə 58% artırıb, “Tesla”nın isə topdansatış göstəriciləri zəifləyib.

“Tesla” Model Y və Model 3 modellərindən 323 min 800 ədəd sataraq ötən illə müqayisədə 12% azalma qeydə alıb. Cybertruck Model S və Model X daxil olmaqla digər avtomobillərin satışları isə 24% azalaraq cəmi 12.881 ədəd olub.

“Tesla” hələlik Cybertruck üçün ayrıca satış rəqəmlərini açıqlamayıb. Lakin son bir geri çağırma hesabatı “Tesla”nın ABŞ-da ilk 15 ayda 46 mindən bir qədər çox Cybertruck satdığını göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://banco.az
archiveBu xəbər 02 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see360

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see346

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see344

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see342

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see330

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see329

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see319

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see317

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see314

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see314

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see312

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see309

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see301

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see299

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see297

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see296

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see290

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see279

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see275

Azərbaycan nefti rekord qiymətə satılır

12 Sentyabr 2026 11:26see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri