Əli Kərimlini bu hakimlər mühakimə edəcək ÖZƏL
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AXCP sədri Əli Kərimin cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Gununesi.info-nun əldə etdiyi məlumata görə, artıq işi araşdıracaq məhkəmə kollegiyasının sədri və tərkibi müəyyən olunub.
Məlumata əsasən, məhkəmə prosesinə hakim Vüqar Quliyevin sədrliyi ilə, hakimlər Elmin Rüstəmov və Şəlalə Həsənovanın iştirakı ilə baxılacaq.
Qeyd edək ki, məhkəmə kollegiyasının sədri Vüqar Quliyev vaxtilə prokurorluq orqanlarında çalışıb.
AXCP lideri Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Baxış sayı:85
Bu xəbər 30 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















