“Tesla” səhmləri 6,7% bahalaşıb
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Ayşən İmanova/Banco.az
“Tesla” səhmləri, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının özü idarə olunan avtomobillərlə bağlı qaydaları yüngülləşdirə biləcəyinə dair media xəbərləri fonunda bazar öncəsi ticarətdə 6,7% artıb.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Tramp prezident vəzifəsinə keçdikdən sonra bu sahə üzrə tənzimləyici strukturun yaradılması ABŞ Nəqliyyat Nazirliyinin prioritetlərindən biri olacaq.
Ən sərfəli kredit üçün müraciət etMövcud federal qaydalar xüsusilə “Tesla”nın istehsal etməyi planlaşdırdığı sükan çarxları və pedalsız avtomobillərin bazara çıxarılmasına ciddi maneələr qoyur.
Oktyabr ayında “Tesla”nın baş direktoru İlon Mask bildirmişdi ki, şirkət 2026-cı ildə sürücü idarəetməsi olmayan “Cybercab” robotaksinin kütləvi istehsalına başlamağı planlaşdırır.
Qeyd edək ki, “Tesla” səhmləri bazar ertəsi ticarətdə 341,7 dollara satılıb, ilin əvvəlindən onların dəyəri 29% artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















