Tesla ya rəqib gəlir: Avtomobil nəhəngi rəsmi olaraq elan etdi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ford-un baş icraçı direktoru (CEO) Jim Farley şirkətin yeni hədəfinin 30.000 dollar qiymət diapazonunda əlçatan elektrikli avtomobillər istehsal etmək olduğunu bildirib.
Milli.Az xəbər verir ki, Ford bu layihəni reallaşdırmaq üçün "UEV" (Universal Electric Vehicle) adlanan yeni bir platforma üzərində işləyir. Layihənin maraqlı tərəfi odur ki, bu platformanı hazırlayan komandaya keçmiş Tesla əməkdaşları və Formula 1 mühəndisləri daxildir.
Bu platforma həm sedan, həm kompakt krossover, həm də mikroavtobus kimi fərqli gövdə tipli avtomobillərin istehsalına imkan verəcək.
Yeni strategiya çərçivəsində istehsal olunacaq ilk avtomobilin detalları bəllidir:
Tarix: 2027-ci il.
Model: 30.000 dollar dəyərində olan elektrikli pikap (kamyonet).
Əgər bu model uğurlu olarsa, 2027-ci ilin sonu və ya 2028-ci ildən etibarən Teslanın populyar modellərinə rəqib olacaq minik avtomobillərinin kütləvi istehsalına başlanılacaq.
Jim Farley vurğulayıb ki, Ford bundan sonra əsas diqqətini tamamilə hibrid və ucuz elektrikli modellərə yönəldəcək. Bu addımın hazırda bazarda olan Mustang Mach-E modelinin Tesla qarşısındakı rəqabət gücünü artıracağı və çatışmazlıqları kompensasiya edəcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:207
Bu xəbər 14 Aprel 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















