Icma.az
close
up
RU
“Test imtahanının əleyhinə olmuşam” Misir Mərdanov

“Test imtahanının əleyhinə olmuşam” Misir Mərdanov

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz".

Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov yerli mediaya açıqlamasında deyib.

Eks-nazir bildirib: "Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

M.Mərdanov qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada test imtahanının əleyhinə olub: "İlk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı fikirlərini bölüşüb: “Mən Misir müəllimin mətbuatda verdiyi açıqlamaları ilə tanışam. Baxmayaraq ki, zamanında onun fəaliyyəti ilə razı olmamışam. Amma qəbul və buraxılış imtahanları ilə bağlı fikirlərinə hörmətlə yanaşıram, burada həqiqət payı var. Doğrudan da, biz qəbul imtahanlarını bu qədər çətin etməməliyik. Universitetlərə qəbul bu dərəcədə çətin olmamalıdır. Misir müəllim qeyd edir, bu gün savadlı gənclərimizin bir çoxu xarici universitetləri seçməyə üstünlük verir. Bunun əsas səbəblərindən biri də məhz yerli universitetlərə qəbulun çox çətin olmasıdır. Mən də razıyam ki, bizim bir çox istedadlı gənclərimiz SAT kimi beynəlxalq imtahanlardan uğurla keçərək xarici universitetlərə qəbul alırlar. Bu reallıq bizə göstərir ki, mövcud qəbul sistemi üzərində ciddi düşünmək və müvafiq islahatlar aparmaq zəruridir. Bizim DİM-in imtahanları ilə uğur qazanaraq xarici universitetlərə düşmək olmur. Xarici universitetlərə qəbul prosedurları yerli qəbul sistemindən xeyli fərqlənir. Misir müəllimin də qeyd etdiyi kimi, beynəlxalq ali məktəblərə qəbul olmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-da fəaliyyət göstərən universitetlərə qəbul üçün əsasən iki əsas test - SAT riyaziyyat və SAT xarici dil (adətən ingilis dili) üzrə imtahanlar tələb olunur. Bu imtahanlar bizim qəbul testlərindən fərqli olaraq daha çox məntiqi düşüncəyə, analiz qabiliyyətinə əsaslanır”.

İlqar Orucov qeyd edib ki, məsələ təkcə bu testlərlə məhdudlaşmır: “Xarici universitetlər yalnız imtahan nəticələrinə deyil, eyni zamanda abituriyentin şəxsi keyfiyyətlərinə, əvvəlki uğurlarına, akademik nailiyyətlərinə, sosial və idman fəaliyyətlərinə, ictimai fəallığına da ciddi diqqət yetirirlər. Yəni, qəbul prosesi daha kompleks və çoxşaxəlidir. Bu isə o deməkdir ki, abituriyentin ümumi potensialı qiymətləndirilir, təkcə test nəticəsi ilə məhdudlaşmır. Əlbəttə, söhbət nüfuzlu və ciddi akademik nüfuza malik olan universitetlərdən gedir. Bizim ölkədə universitetlərə qəbul olmaq üçün abituriyentlərə çox əziyyət veririk. Şagirdlərimiz bir neçə fəndən əlavə hazırlığa getməyə məcbur olurlar. Bu da repetitorluq fəaliyyətinin geniş yayılmasına gətirib çıxarır.

Özüm də zamanında repetitor kimi fəaliyyət göstərmiş biri kimi valideynlərlə, müəllimlərlə çox söhbətlər aparmışam. İmtahana düşən sualların mahiyyətindən xəbərim var. Suallar indi tərtib olunmur ki, əvvəllər də belə idi. Suallar kifayət qədər çətindir. Təəssüf ki, bu gün valideynlər məktəbə yox, repetitor müəllimin verdiyi dərslərə ümid bəsləyir. Məktəb isə bir kənarda qalır. Hətta bəzi müəllimlər də məktəbdə tədrisə deyil, test imtahanlarında düşə biləcək suallara fokuslanır. Nəticədə məktəb sadəcə formallığa çevrilir, təhsil isə öz mahiyyətini itirir. Uşaqlar isə qalıb yollarda, repetitorların qapısında...

Bu ciddi paradoks və uyğunsuzluqdur. Təəssüf ki, bu vəziyyət həm gənclərin təhsilini, həm də cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Biz təhsili daha humanist, ədalətli və şagirdin inkişafını nəzərə alan istiqamətə yönəltməliyik. Dövlət İmtahan Mərkəzinə və Məleykə xanımın fəaliyyətinə hər zaman hörmətlə yanaşmışam. Amma reallıq budur, mütləq dəyişiklik edilməlidir".

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına etiraz edib. M. Abbaszadə bu fikirləri DİM-in bugünkü (23 may - red.) brifinqində səsləndirib: “Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”

DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə - xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir: “Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub. Məleykə Abbaszadə əlavə edib ki, imtahanların nəticələri şəffaf şəkildə təqdim olunur və bu nəticələrə hər kəs - həm abituriyent, həm də valideyn özü baxa bilir:”O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib - o sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır".(Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 May 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri