Icma.az
close
up
RU
Təxirə salınmış haqq (hekayə)

Təxirə salınmış haqq (hekayə)

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


KAMAL BƏYATLI

Şair, nasir, romançı, dramaturq Kamal Bəyatlı (1958, 19 iyul) Kərkükdə doğulub, orada ibtidai, orta məktəbləri və liseyi, Bağdad universitetinin mexanika fakültəsini bitirib (1981). İraq-İran müharibəsi zamanı cəbhədə döyüşüb, müharibəyə qarşı çıxdığına görə həbs edilib (1988). Sonra İraq-Küveyt müharibəsində iştirak edib, 1991-ci ildə Türkiyəyə qaçıb, İraq türkmanları ilə bağlı siyasi və ictimai hərəkatın iştirakçısı olub. 2002-2008-ci illərdə İraq Türkləri Kültür və Yardımlaşma dərnəyinin baş katibi kimi fəaliyyət göstərib, 2009-cu ildən İraq Türkman Mətbuat Komitəsinin baş katibi, 2011-ci ildən isə Türkmaneli Dərnəklər Federasiyasını sədridir.

K.Bəyatlı yaradıcılığa ötən əsrin 80-ci illərindən başlayıb, şeirləri, hekayələri, romanları, pyesləri dövri mətbuatda dərc edilib və ayrıca kitab şəklində çapdan çıxıb. Onun əsərlərində Kərkük və türkmanların yaşadıqları digər bölgələrdə baş verən hadisələr təsvir edilir. Poetik topluları, pyesləri, tərcümələri, “Maralın hekayələri” (2003), “Kərkükdə Korya bazarı” (2009), “Yad” (2015) hekayə kitabları, “Kərkük, səndən yazdım” (2008), “Kərkük və zaman” (2013), “Qasırğada yol gedənlər” (2020) romanları işıq üzü görüb.

K.Bəyatlı “Yurd” qəzetinin (1987), Bağdad Qardaşlıq Ocağının (2008), TÜRKSOY Kaşğarlı Mahmud adına kekayə müsabiqəsinin (2012, 2020) mükafatlarına layiq görülüb.

***

Bütün məmləkəti yandırıb-yaxan seçki mitinqləri artıq son mərhələsinə çatmışdı. Mitinq, təbliğat, afişa və başqa şeylərin qadağan olunmasına iki gün qalmışdı. Partiyalar canfəşanlıqla məmləkətin hər tərəfinə cumurdular. Yığıncaqlarında proqramlarını izah eləyirdilər. Səs almaq üçün hər şeyə əl atırdılar. Dilin sümüyü olmadığı üçün ağlagəlməz vədlər verilirdi. Düzü, şəhərliyə ayrı, kəndliyə ayrı cür münasibətləri, yaltaqlıqları adamı heyrətə salırdı. Namizədlər başda olmaqla partiya funksionerləri meydana hər yerin öz geyimləriylə çıxırdılar. Həmin bölgə əhalisinin qəlblərini fəth eləmək üçün əllərindən gələn hər şey eləməyə çalışırdılar. Psixoloqlar üçün şəxsiyyət nöqteyi-nəzərindən “vəziyyətə görə davranmaq” çox yaxşı nümunə sayıla, diqqətəlayıq nəticə ola bilərdi. Həm də nəzərdən qaçırılmayacaq qədər vacib idi. Bəzisi namizəd kimi getdiyi yerə xas olan bir sıra deyimləri və yerli əhalinin istifadə elədiyi zarafatları, lətifələri, kitabları nəzərdən keçirib qeydlər aparır, meydanlara hazırlıqlı çıxırdı.

Meydanlardan kənarda da seçki proqramları – harda nə iş görülməlidi, hansı gün hansi vilayətə, bölgəyə gedilməlidi, hansı tayfanın hansı əziz günü var, hansı bölgənin, yaxud çölün məhsulu yaxşı vəziyyətdə deyil – tutulmuşdu. Hər partiyanın da məxfi hazırlıq təşkilatı vardı. O heyət çox yaxşı işləyirdi. Əhalinin nəbzini, duyğusunu gözəl bilənlər, əslində, onlar idilər. Yalnız öz partiyalarının deyil, digər rəqib partiyaların da proqramlarını, planlarını, fəaliyyətini yaxından izləyirdilər. Bir səhv tutmağa, bir yanlış söz tapmağa çalışır, bəzən də rəqib partiyanın idarə heyətində olanların özüməməxsus xasiyyəti, vərdişi və ailəvi məsələlərini diqqətdə saxlayırdılar.

Dövrün dəbi olan insan haqları, qadın haqları, uşaq haqlarının – xülasə, haqla, hüquqlaq bağlı nə vardısa - əvvəlinə bir kəlmə artırıb, onların haqlarını axtarmaq, tapmaq, müdafiə eləmək, həyata keçirmək üçün beyin yormaq kimi məsələlər mitinqlərin əsas mövzusuna çevrilir, gündəmin ilk sıralarına keçirdi.

Partiyaların müdafiəçiləri neçə həftə idi ki, əllərində sənədlər ekrana çıxıb mənsub olduqları partiyaların haqlarla bağlı proqramlarını və aparılacaq islahatları televiziya verilişlərində uzun-uzadıpşərh eləyirdilər.

“Biz hansı dövrdə yaşayırıq… Haqq-hüquq dövründəyik… İnsanlıq və vətəndaşlıq haqqı var… Cəmiyyətdə bərabərlik əhəmiyətli haqdı… İnsanın ən təbii haqqı çörək-su haqıdı… Qadın haqları… Uşaq haqları… İşləmək haqı… Qazanc haqqı… Sindikat haqqı… Səhiyyə və təhsil haqları…”

Hər bir partiya “Bütün haqlara biz cavabdehik!” – deyə bar-bar bağırırdı. Partiyalar arasındakı rəqabət elə bir səviyyəyə çatmışdı ki, cəmiyyətin hər bir təbəqəsiylə görüşmək və səsini almaq üçün kilometrlərlə məsafə qət eləyib cürbəcür dilə tutma səfərlərinə çıxmışdılar.

Ara elə qızışmışdı ki, bəzi vaxtlar namazdan sonra məscidin həyətində partiya namizədinin biri yanındakı əlaltılarıyla birgə çayxanaların qabağında altlarına kətil çəkir - demək istəyirdilər ki, “biz də kənd uşağıyıq”, “biz də bu cəmiyyətin cəfakeş ailələrinin övladlarıyıq” – söhbəti hərlədib-fırladıb seçkilərin üstünə gətirirdilər. Necə də olsa, məscidə gəlib-gedən qocaların həyatdan o qədər də çox umacaqları qalmamışdı, hər gün evlə məscid arasında keçən güzəranlarıyla yanaşı, ayda bir dəfə banka gedib təqaüdlərini almaqdan başqa dünyada yeni bir şey yox idi. Çayxananın qabağında yad bir adamın söhbətini dinləməkdən boyun qaçırmırdılar. Üstəlik, həmin adam təqaüdçülərin təqaüdünü artırmaq barədə danışırdısa, haqları olan, amma ala bilmədikləri puldan söz açıllırdısa, kim qulaq asmazdı axı…

Bir gün bizim çayxanaya da belə bir partiya namizədi gəldi. Axşamüstüydü, çayxananın qabağında bir maşın dayandı. Sürücüdən başqa üç qalstuklu kişi içəri girdi. Çayxananın ağzınadək dolu olan vaxtıydı. Kişilərdən biri irəlidə gəlirdi. Digər ikisi də - biri sağında, o biri solunda, bir addım geridə - içəri girdilər.

İrəlidə gələn qalstuklu adam içəri girən kimi “Salamün-əleyküm, ağalar!” –dedi. Çayxanadakılar gur səslə salam verən adama tərəf dönüb, bəzisi sağ əlini alnına, bəzisi də sinəsinə qoyub “Və əleyküm-salam” deyə cavab verdilər.

“Ağalar, bəyəfəndilər, qardaşlar, on dəqiqənizi alma üçün sizdən izin istəyirəm”, - həmin adam dilləndi.

Çox nəzakətli və gülərüz tərzdə danışmağa başladı. Bütün siyasətçilər kimi hərəkət elədi. Sözdə bütün fəaliyyətlərinin xalq üçün olduğunu səyləsələr də, xalqdan izin istəməyi – həmişəki kimi - məsləhət bilmirdilər. Səs alıb millət vəkili, nazir olmalarının izin mənası vermədiyini də heç vaxt dərk eləmirdilər. Bunu da “siyasət belə tələb eləyir” deyib öz haqları sayırdılar. Dilə gətiriləndə zeytun yağı kimi üstə çıxmasınıda siyasətçilik bacarığına yozurdular. Kimsənin “Buyurun” deməməsinə baxmayaraq, sözə başladı.

“Bilirsiniz ki, iki gündən sonra öklədə seçki olacaq. Xahiş eləyirəm, qutunun yanına çatan kimi, bu qısa və xüsusi xatırlayasınız”.

Çayxanadakıların bəziləri danışan partiya nümayəndəsinin üzünü yaxşı görmək üçün kətillərini rahatlayıb dinləməyə başladılar.

“Bir partiya kimi proqramlarımızda ən çox yer verdiyimiz birinci məsələ məmləkətdə insan haqlarıdı. Bu sahədə qadın haqlarına, uşaq haqlarına, təqaüdçü – bu məqamda qocalara işarə elədi – haqlarına əhəmiyyət verən partiya olduğumuzu, belə güman eləyirəm ki, aranızda bilməyənn yoxdu. Mən bunu bird aha xatırlatmaq istərdim. Ədalət, iqtisadiyyat, inşaat, səhiyyə məsələlərinin üstündən keçirəm. Çünki bunlardan yoldaşlarımızın televiziya kanallarında kifayət qədər söz açdıqlarına inanıram. Başlıcası budu ki, yaşayıb vədlərimizi yerinə yetirdiyimizi görəcəksiniz… Gələcəkdə sözümüzün ağası olduğumuzu artıqlamasıyla sübuta yetirəcəyik.

İşçi haqlarına da toxunmaq istəmirəm. Onların vəziyyəti çox dəhşətlidi. Bu cəmiyyətdə ən çox ziyan görən təbəqə onlardı. Alın təriylə zəhmət çəkib haqqını almayan böyük bir kütlə yaranıb. Bu cəmiyyətimizin qanayan yarasıdı. İşçilərin zəhmətinə layiq şəkildə həll yolları hazırlamışıq. İnşallah, bu çətinlik də aradan qalxacaq.

Zavallı insanların vəziyyətini sədrimiz də ümumi müşavirələrdə tez-tez dilə gətirir. Qəzetlərdə partiyamızın proqramında əhəmiyyətli yer tutan, xalqın hər bir təbəqəsini əhatə eləyən insan haqları maddəbəmaddə dərc edilib. Qəzetlər proqramımıza nəyə görə bu qədər əhəmiyyət verirlər? Çünki, biz də bu cəmiyyətin ziyan çəkən adamlarıyıq. Bizim ailələrimiz də sizin kimi çətinlik çəkir. Bu məsələylə ciddi şəkildə məşğul olmaq istəməyimizin ən böyük səbəbi budur ki, sizin yaşadıqlarınız, duyğularınız və çətinlikləriniz partiyamıza daha yaxşı məlumdu. Sizdən güc alıb xalqımıza fədakarlıqla xidmət eləmək istəyirik.

Səmimiyyətlə deyirəm, proqramlarımız arasında - yenə qocalara üz tutub sözünə davam elədi, - darül-acizə - düşgünlər eviylə bağlı yeni layihələrimiz var. İqtidara gəlsək, həmin layihəni görəcəksiniz Heç bir qoca küçədə qalmayacaq, onun-bunun mərhəmətinə möhtac olmayacaq…”

Bu məqamda çayçı masanın üstünə incəbel stəkanlarda doşvşan qanı rəngində çay qoydu. Çayçının bu səxavəti içərindəkilərin gözündən qaçmadı. Əlbəttə ki, bizim çayçının səxavət-filanla arası olan deyil. Ümidvardı ki, o bəylər çayxanadan çıxanda üç stəkan çay üçün əməlli-başlı pul verəcəklər. Natiq qabağına qoyulmuş çatdan bir qurtum aldı. Qənd salmadı. O, getdiyi çayxanaların hər birində çay içən zaman qənd salsaydı, şəkəri qalxardı.

“Ağalar, qardaşlar, hamının halal işi olacaq. Bütün çətinliklərin əsas çözüm yolu seçkiyə gedib milli vəzifəmizi yerinə yetirmək, vətən eşqimizi göstərməkdədi… Əlbəttə ki, partiyamızın müdafiə elədiyi haqları nəzərə alıb səs verməyinizi çox xahiş…”

O, sözünü tamamlamağa macal tapmadı, çayxananın bir küncündə təkcə oturmuş Cəmil əmi artıq kisəsindən çıxardığı tütünü bükmüşdü, dilinin ucuyla cığaranın kənarlarını isladıb yapışdırırdı, qəfildən üzünü partiya namizədinə tutdu:

“Bəyim, - dərhal üç partiyaçı və çayxanadakıların hamısı Cəmilo əmiyə tərəf döndü, - partiyanızın müdafiə elədiyi bütün haqlardan söz açdınız, bəs partiya proqramınızda ata-ana haqları barədə bir maddə varmı?”

Cəmil əminin bu sözləri çayxanada çay içənlərin çıxardıqları səsləri boğdu, partiya nümayəndəsi ağzına apardığı stəkanı havada saxlama məcburiyyətində qaldı. Bir anlığa içəridə səs-səmir eşidilmədi. Yerə iynə düşsə, tappltısı eşidilərdi. Partiya nümayəndəsi çaşdı:

“E-e-e… E-e-e…”

Cəmil sözünə əmi davam elədi:

“Ata-ana haqqından xəbəri olmayan millətin, vətənin, bayrağın haqınıhardan biləcək, bəyim… Qadın haqqı… Uşaq haqqı… Ancaq haqında danışdığın bütün haqlar ata-ana və övlad münasibətində var, bəyim… Ata-ana haqqından xəbəri olmayan xeyirxahlığı, ədaləti necə dərk eləyə bilər, bəyim? Aşın-maaşın halalını ana südünü damcı-damcı əmən uşaq bilər. Övlad ata-anadan, ata-ana övladdan razı olanda kimsəsizlər evinə ehtiyac da qalmaz. Gerisi təsbeh dənələri kimi özü gələr…”

“Cəmil əmi düz deyir”, - sözləri masadan-masaya yayılmağa başladı.

Çayxananı uğultu bürüdü. Hər ağızdan bir avaz gəlirdi. Partiya nümayəndələri vəziyyəti düzəltməyə çalışsalar da, heç cür nail ola bilmədilər. Natiq və onunla gələn partiya üzvləri gətirdikləri broşürləri paylamağa cəsarət eləmədilər. Nə baş verdiyini başa düşməyib çaşdılar. Döyüşdə məğlub olan əsgərlər kimi, başlarını aşağı salıb dalıdalı çayxanadan çıxdılar.

Çayxanadakı adamlar gecədən xeyli keçənəcən Cəmil əminin sözləriylə bağlı əhvalatlar danışdılar. Az qala, hamısının sözü ya “Rəhmətlik atam…”, ya da “Rəhmətlik anam…” kəlmələriylə başlayıb, xatirələrini danışmağa başladılar.

Tərcümə: Nəriman Əbdülrəhmanl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri