Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Texnologiya iş yerlərini sıradan çıxarır, bu böyük işsizlər ordusu yarada bilər İqtisadçı

Texnologiya iş yerlərini sıradan çıxarır, bu böyük işsizlər ordusu yarada bilər İqtisadçı

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il mayın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,8 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 16,7 min nəfər çoxdur.

2024-cü il mayın 1-nə qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfər idi.

Azərbaycanda işsizlərin 48,7 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435,9 manat olub.


İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə Sherg.az-a bildirib ki, Dövlət Məşğulluq Agentliyində qeydə alınmış işsiz sayı işsizlərin bir hissəsini əhatə edir:


“İşsizlərin sayı artması bir sıra səbəblər haqqında düşünməyə əsas verir. Şübhəsiz ki, ilk növbədə iqtisadi artım səviyyəsi və onun məşğulluq yaratma xüsusiyyəti  birinci baxılmalı olan məsələdir. Son illər Azərbaycanın iqtisadi artım sürətində müəyyən yavaşlama hiss olunur. Bu başlıca səbəbdir deyə düşünürəm. Ayrıca ikinci vacib səbəblərdən biri kimi əvvəllər xaricdə, xüsusilə də Rusiyada çalışan Azərbaycan vətəndaşlarının bir hissəsinin ölkəyə qayıtmasını göstərmək olar. İşsizliyi yaradan üçüncü səbəb  isə rəqəmsallaşmanı göstərmək olar. rəqəmsallaşma. İnkişaf etmiş ölkələrdə iş yerləri yaratmaq potensialı daha çoxdur. Amma bizim kimi inkişaf etməkdə olan ölkələrdə isə daha çox mövcud iş yerlərini sıradan çıxarır. Ona görə də rəqəmsallaşmanın işsizliyi azaltma potensialı Azərbaycanda çox azdır. Bunun olması üçün gərək rəqəmsallığın ön planda olduğu daha müasir, daha modern sektorlar formalaşsın. İqtisadiyyatda İT sektorları, proqramın yazılması, elektron ticarət və digərləri, müsbət təsir göstərəcək. Amma bu sektorlarda böyük, inkişaf prosesləri olmadığı üçün rəqəmsallaşmanın Azərbaycanda daha çox mövcud iş yerlərini azaltma təsirindən danışa bilərik. Bütövlükdə işsizlik probleminin həlli üçün  Azərbaycanın iqtisadi artım sürətini stabil şəkildə davam etdirmək lazımdır. Azərbaycan ən azı illik 5 faiz iqtisadi artıma nail olmağa çalışmalıdır və bu da əsasən məşğulluq yaradan və qeyri neft sektorunun hesabına olmalıdır. Çünki neft və qaz sənayesində ciddi bir məşğulluq yaratmaq mümkün deyil. Bu, sektorlar olmalıdır və dayanıqlılığı təmin etmək üçün bunlar bazarla kifayətlənməli deyil. Yəni ixrac potensialı olmalıdır. Hazırda Azərbaycanın Ümumi Daxili Məhsulun strukturunda qeyri neft sektorunun payı çox olsa da, amma ixracda qeyri neft sektorunun payı çox aşağıdır. Bu onu göstərir ki, Azərbaycanda qeyri neft sektoru müəyyən qədər formalaşmasa da, amma bu dünya bazarı nöqteyi nəzərindən baxanda o qədər də rəqabətli deyil. Rəqabətli olmadığı halda da bunların dayanıqlığı sual altındadır. Düşünürəm ki, Azərbaycan kiçik iqtisadiyyatdır və şirkətlər, firmalar sadəcə daxili bazara bağlı olaraq böyüyə bilməzlər. Dünya bazarına açılmaq lazımdır, liberallaşma prosesi getməlidir, azad sahibkarlıq istiqamətində işlər görüməlidir. Sadəcə düşünmək lazım deyil ki, böyük fabriklər, zavodlar tikilərək məşğulluq problemini həll etmək olar. Kiçik və orta sahibkarlıq üçün daha əlverişli şərait yaratmaq lazımdır. Həmçinin özünüməşğulluq proqramlarını genişləndirmək lazımdır ki, məşğulluq istiqamətində müəyyən işlər görülsün. Ümumiyyətlə, prinsip ondan ibarət olmalıdır ki, bir insan əgər özünü məşğulluqla təmin edə bilirsə, dövlət mümkün qədər onun üçün şərait yaratmalı, müxtəlif təşviqlər və vergi güzəştləri verməlidir. Bunlar bir növ vergidən və digər öhdəliklərdən azad olmalıdır. Çünki məşğulluq çox ciddi problemdir”. 


Ekspertin sözlərinə görə rəqəmsallaşma, süni intellekt əsrində bütün ölkələr bu problemləri yaşayacaqlar və Azərbaycanda bundan kənarda deyil:

 “Artıq texnologiya ciddi şəkildə iş yerlərini sıradan çıxarır və bu da böyük işsizlər ordusu yarada bilər. İşsizlik isə bir cəmiyyət və dövlət üçün çox böyük təhlükədir. Ona görə də düşünürəm ki, bu istiqamətdə Azərbaycanda işlər daha da aktivləşməlidir. Azərbaycanda bəzi sənayelərin məşğulluq yaratma potensialı böyükdür və bu sahədə də nisbətən biz rəqabətliyik. Bunlardan biri də turizmdir. Fikrimcə bu istiqamətdə ciddi işlər görülə bilər. Eyni zamanda, mədəni və yaradıcı sənayelər var və indiyə qədər biz buna o qədər fikir verməmişik. Amma bu Azərbaycan üçün çox önəmlidir. Bu istiqamətlərdə də ciddi dövlət proqramları həyata keçirilərsə, kifayət qədər məşğulluq tutumlu sahələrdir. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycan artıq Qarabağı işğaldan azad edib və gələcəkdə Qarabağda bu sektorların qurulması istiqamətində də bəzi işlər görmək olar. Bir sözlə, Azərbaycanın önümüzdəki illərdə məşğulluq strategiyasında bu xidmət sektoruna xüsusi önəm verməsi lazımdır. Çünki burada biz nisbətən daha rəqabətli ola bilərik. Rəqəmsallaşma və Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi də buna imkan verir ki, biz beynəlxalq əlaqələri bu sahədə gücləndirərək müəyyən nailiyyətləri əldə edə bilək. Şübhəsiz ki, Azərbaycanın böyük tranzit potensialı var. İndi o işlər davam etdirilir. Orta kolidor dediyimiz, Şimal Cənub nəqliyyat dəhlizi  istiqamətlərində də işlər sürətlənərsə, orada da Azərbaycanın müəyyən rəqabət üstünlüyü var və bu da təbii ki, xidmət sektorudur. Önümüzdəki illərdə bu sahələrdə də müəyyən məşğulluq yaratmaq olar deyə düşünürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see180

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see173

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see128

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see123

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see123

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see122

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri