Icma.az
close
up
RU
Makron siyasi rəqiblərini “sıradan çıxarır”...

Makron siyasi rəqiblərini “sıradan çıxarır”...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris məhkəməsindən antidemokratik qərar

Fransa qanunvericiliyinə görə ölkədə növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Bununla belə, hakimiyyətinin ömrünü uzatmaqla bağlı planlar quran Makron elə indidən seçki hazırlıqlarına başlayıb. Ancaq bu hazırlıqlar heç də Fransanın tarix boyunca bəyan etdiyi demokratik prinsiplərə və qanunun aliliyinə əsaslanmır. Makron seçki hazırlıqlarını səlahiyyətlərindən sui-istifadə edərək siyasi rəqiblərini sıradan çıxarmaqla həyata keçirir. Deyə bilərik ki, o, bu məqsədlə bütün hakim komandanı səfərbər edib.

Bu günlərdə Paris məhkəməsinin Fransada siyasi olimpə doğru inamlı addımlar atan və növbəti prezident seçkilərində Makrona potensial rəqib kimi dəyərləndirilən sağçı “Milli Birlik” Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı antidemokratik qərar başqa izaha seçim qoymur. Belə görünür ki, Fransada məhkəmə sistemi də Yelisey Sarayının təsiri altındadır və hakim komandadan gələn sifarişləri yerinə yetirir.

Marin Le Penin seçki marafonundan kənarda saxlanılmasına hesablanan qərar

Bu dəfə Makron siyasi rəqibini məhkəmə qərarı ilə seçki marafonundan uzaqlaşdırmaq texnologiyasını işə salıb. Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” Partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib. Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. O, həmçinin 100 min avro məbləğində cərimələnib. Bundan başqa, məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.

Əslində, geniş şərhə ehtiyac yoxdur. Aydın şəkildə görünür ki, hökm siyasətçinin 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur. Makronun Marin Le Pen sarıdan narahatlığı isə  sonuncunun təmsil olunduğu “Milli Birlik” Partiyasının ötən il həm Avropa Parlamentinə (AP), həm də Milli Assambleyaya baş tutan seçkilərdə mərkəzçi kimi təqdim olunan hakim koalisiyanı əhəmiyyətli dərəcədə üstələməsindən qaynaqlanır.  Xatırladaq ki, Fransada 2024-cü il  iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” Partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində onun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda “Milli birlik” Partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin seçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.

Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Mari Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular.

Makron ötənilki seçkilərin və onun reytinqinin hədsiz dərəcədə aşağı düşdüyünü təsdiqləyən son rəy sorğusunun nəticələrinin fərqindədir. İndi Yelisey Sarayının sahibi üçün tunelin sonunda işıq görünmür və o, yeganə çıxış yolunu məhz antidemokratik yolla rəqiblərini sıradan çıxarmaqda görür.

Fransa demokratiyasının edamı

Gözlənildiyi kimi, Paris məhkəməsinin antidemokratik qərarı birmənalı qarşılanmayıb. Eyni zamanda, “Milli Birlik” Partiyası məhkəmə qərarına etiraz olaraq petisiyaya başlayıb. Bu barədə partiyanın lideri Jordan Bardella “X” sosial şəbəkəsində yazıb. “Marin Le Penin 2027-ci ildə namizəd olmasını əngəlləyən hökm demokratik qalmaqaldır. Onlara xalqın iradəsinin daha güclü olduğunu göstərək, - deyə siyasətçi çağırış edib.

Bardella partiyanın internet saytında “Hakimlərin diktaturasına” qarşı petisiyaya “Marinə dəstək!” başlığı və “demokratiyanı xilas et” həştəqi ilə link yerləşdirib. Müraciətdə deyilir: “Ədalətsiz məhkum edilən təkcə Marin Le Pen deyil: bu, Fransa demokratiyasının edamıdır. Bu, artıq hakimlər hökuməti deyil, hakimlərin diktaturasıdır ki, Fransa xalqının öz fikrini ifadə etməsinə mane olmaq istəyir”.

Marin Le Penin özü məlum qərarı partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib. Siyasətçi onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır. Onun vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib ki, qalmaqallı vəziyyət yaranıb və müdafiə tərəfi boş oturmaq niyyətində deyil. Bosselyu qeyd edib ki, Le Pen özü də məhkəmənin qərarından şoka düşüb, xüsusilə də seçkilərdə iştirak qadağası dərhal qüvvəyə minib.

Ağ Evdən çağırış

Paris məhkəməsinin qərarı ölkə hüdudlarından kənarda da birmənalı qarşılanmayıb. Bu günlərdə ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar Yelisey Sarayını Fransanın demokratik dəyərlərinə sadiq qalmağa çağırırlar.

Həmçinin Paris məhkəməsinin qərarına Ağ Evdən də reaksiya özünü çox gözlətməyib. “Qərb ölkələri uyğun olmayan şəxsləri siyasi proseslərdən kənarda qoymamalıdırlar”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs sözügedən qərarı şərh edərkən deyib. Fikirlərinə davam edən Ağ Ev rəsmisi vurğulayıb: “İnsanların siyasi proseslərdən kənarda qalması xüsusilə narahatedicidir”.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Aprel 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri