İnvestisiya Forumu yeni iş yerləri və texnologiya transferi üçün imkanlar yaradır İqtisadçı
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda ölkə iqtisadiyyatının inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Birinci İnvestisiya Forumu keçirilib.
Forumun əhəmiyyəti ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri, dosent, iqtisadçı Emin Qəribli bildirdi ki, Bakıda keçirilən İnvestisiya Forumu ölkəmizin inkişaf mərhələsində strateji əhəmiyyət kəsb edir:
"Bu gün qlobal iqtisadi mühitdə ölkələr arasında sərmayə uğrunda ciddi rəqabət mövcuddur və hətta inkişaf etmiş dövlətlər belə aktiv şəkildə xarici investisiyaları cəlb etməyə çalışır. Məsələn, ABŞ-nin iqtisadi forumlardakı çıxışlarına baxsaq görərik ki, əsas vurğu investisiya imkanlarının artırılması və investorların diqqətinin cəlb olunması üzərindədir".
İqtisadçı qeyd etdi ki, Azərbaycanın böyük investisiya forumu keçirməsi və ilk gündə imzalanan nəhəng sazişlər ölkəmizin iqtisadi dayaqlarını gücləndirir, yeni iş yerləri və texnologiya transferi üçün imkanlar yaradır.
"Bu forumun hər il keçirilərək ənənəyə çevrilməsi ölkənin iqtisadi inkişafına, ixrac potensialının artırılmasına və xarici sərmayələrin cəlb olunmasına mühüm töhfə verəcək. Eyni zamanda inkluziv və innovativ xarakteri ilə bu tədbir yalnız Azərbaycanın deyil, bütün regionun iqtisadi inteqrasiyası və rifahına xidmət edir", - deyə Emin Qəribli vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Sentyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















