Texnologiya Universitetində futzal birinciliyi təşkil olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncə, 6 noyabr, Elcan Məmmədov. AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) Zəfər Gününün 5 illiyinə həsr olunan fakültələrarası futzal birinciliyi təşkil olunub.
Yarışda Qida mühəndisliyi (QM) fakültəsi, Avtomatika, telekommunikasiya və informatika (ATİ) fakültəsi, Yüngül sənaye mühəndisliyi və logistika (YSML) fakültəsi, İqtisadiyyat və idarəetmə (İİE) fakültəsinin komandaları, eləcə də ATU-nun əcnəbi tələbələrdən ibarət yığma komandası iştirak edib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, püşkatmadan sonra baş tutan ilk yarışı ATU-nun rektoru Yaşar Ömərov, prorektorlar, dekanlar, kafedra müdirləri və digər rəhbər heyət izləyib. Bu oyunda YSML1 komandası ilə əcnəbi tələbələr komandası qarşılaşıb və oyun yerli tələbələrin qalibiyyəti ilə başa çatıb.
İkinci oyunda QM1 komandası ilə ATİ2 komandası mübarizə aparıb və bu oyun 3:2 hesabı ilə nəticələnib. Üçüncü görüşdə İE komandası ATİ1 komandası qarşı-qarşıya gəlib və ATİ1 komandasının xeyrinə yekunlaşıb. Dördüncü oyunda YSML komandası ilə QM2 komandası üz-üzə gəlib və gərgin mübarizə 2:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, qalib komandalar sabah final uğrunda mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 06 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















