Azərbaycan Universitetində təkmilləşdirmə kursu təşkil olunub Fotolar
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Universitetində Qazaxıstanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən “Qlobal təhsil: transformasiya, innovasiya və peşəkar səriştələrin inkişafı” adlı kurs beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, elmi-pedaqoji təcrübə mübadiləsinin təşviqi və ali təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Kursda Lev Qumilyov adına Avrasiya Milli Universitetinin, S.D.Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universitetinin, Mərkəzi Asiya İnnovasiya Universitetinin professor-müəllim heyətinin, eləcə də “Altın Qasır” Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər. Bu, Azərbaycan Universitetinin tarixində Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələri üçün təşkil edilən ilk belə kursdur.
Təlimlərdə ali təhsil sahəsində baş verən dəyişikliklər, innovativ tədris yanaşmaları və peşəkar səriştələrin inkişafı məsələləri diqqət mərkəzində olub. Təqdimatlar, interaktiv müzakirələr və təcrübə mübadiləsi formatında keçirilən məşğələlərdə iştirakçılar öz təcrübələrini bölüşüb, müxtəlif tədris metodlarını müqayisə edib, ali təhsilin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov ilə Mərkəzi Asiya İnnovasiya Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Janar Saparqaliyevna arasında da görüş olub. Görüşdə tərəflər arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Kursun sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















