Pakistan universitetində Xocalıya dair fotosərgi təşkil olunub
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Pakistanın nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Milli Universitetində (NUML) fotosərgi təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən sərgidə Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımının qurbanları əks olunan fotoşəkillər, çap materialları nümayiş etdirilib. Universitetin müəllim və tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri fotosərgiyə baxıblar. Onlara erməni silahlı birləşmələrinin Xocalıda xüsusi amansızlıqla törətdiyi cinayətlər, Azərbaycanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 Fevral 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















