Icma.az
close
up
RU
Texnologiyada QADIN SƏSİ Marketinq aləti, yoxsa gender tələsi?

Texnologiyada QADIN SƏSİ Marketinq aləti, yoxsa gender tələsi?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Texnologiya həyatımızın hər məqamında var: məişətdən tutmuş, nəqliyyata qədər.
Telefonlarımızda Siri, Alexa, Google Assistant, ictimai nəqliyyatda səsləndirilən bələdçilər və səsli axtarış sistemləri artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Amma diqqət etsək görərik ki, bu sistemlərin çoxu qadın səsi ilə danışır. Səhər oyanırıq, çatbotta axtarış aparırıq, telefonda zəng edirik – hər yerdə tanış, yumşaq qadın səsi...
Sual yaranır: Niyə? Bu psixoloji təsir effekti üçündür, marketinq, ya sui-istifadədir?
Kapitalizm qadının bədənindən ayrı, səsindən bir ayrı olaraq qazanc götürür.
Əslində bu mövzu sosioloqları qarşı-qarşıya qoyub: bəziləri bunu tarixi və sosial amillərin nəticəsində qadınların cəmiyyətdə dominant mövqe tutması ilə əlaqələndirir. Digərləri isə cinsiyyət ayrı-seçkiliyinin burda da öz sözünü dediyini göstərirlər. Onların fikrincə, bu yolla qadınlar “xidmət göstərən” obrazında təqdim edilir. Yəni kapitalizm qadının bədənindən ayrı, səsindən bir ayrı olaraq qazanc götürür.
Qadınlar tarixən “köməkçi” rollarda təqdim olunub (sekretarlıq, xidmətçi, operator və s.). Qadın səsini itaəttkar və daha yumşaq kimi təqdim ediblər. Bu isə gender stereotiplərini gücləndirir.
Tarixə nəzər salaq: texnoloji inqilabın başlanğıcında ilk telefon operatorları kişilər olub. 1800-cü illərin sonlarında telefon şirkətləri kişi operatorları qadınlarla əvəz etməyə başladılar. Şirkətlər qadınları daha səbirli və nəzakətli görürdülər. İş uzunu saatlarla eyni ifadələri təkrarlamaq, zəngləri əlaqələndirmək və sakit, mülayim bir ton saxlamaq tələb edirdi. Qadınlar beləcə sənaye standartına çevrildi.
 

Düzdür, sonrakı texnoloji inkişaf kişilərə üstünlük verdi. 1920-ci illdə radioda qadınların səslərinin “qıjıldayan” olduğunu iddia edirdilər. Erkən audio sistemlər kişi səsləri ətrafında dizayn edilmişdi və qadın nitqində yüksək tezliklər tez-tez itirdi. 1927-ci ildə Bell Laboratoriyası dəqiqləşdirdi: 300-dən 3400 Hz-dək diapozonda kişi səsləri daha yaxşı və aydın işləyirdi.


Almaniya və İranda qadın səsi niyə qəbulolunmazdır?
Sonralar isə həm marketinq, həm psixoloji tələblər yenidən qadın səslərinə üstünlük verdi. İnsanlar qadın səslərini istilik və inamla əlaqələndirirdilər. Amma tərs müştərilər də az deyildi.
Məsələn, “BMW hadisəsi”ni xatırlayaq: BMW markası Almaniyada qadın səsi olan ilk GPS sistemini işə salanda kişi sürücülər ondan imtina etdilər. Onlar qadından göstəriş almaq istəmirdilər. Yaxud bu yaxınlarda İranın ali rəhbəri Əli Xameneyi süni intellektlə qadınların səsinin dinlənilməsinin haram olduğunu demişdi.
Amma günümüzdə kişili-qadınlı hamı bu qadın “göstəriş”lərinə əməl etməli olur. Çünki şüur altına yeridilmiş vərdiş çoxluğa adi və qəbuledilən görünür. Bu isə idarəçilik sistemində ən asan və əlçatan üsuldur.  
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri