Icma.az
close
up
RU
Azərbaycanda qeyri ənənəvi təriqətlər HANSILARDIR?

Azərbaycanda qeyri ənənəvi təriqətlər HANSILARDIR?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Azərbaycanda qeyri-ənənəvi təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, məsələyə yanaşmada Azərbaycanın tarixi dini-məzhəbi kontekstini nəzərə almaq vacibdir:

“Ölkəmizdə əsrlərdir mövcud olan şiəlik və sünnilik kimi ənənəvi məzhəblər bu gün də öz mövqeyini qoruyur. Lakin son dövrlər həm İslam daxilində qeyri-ənənəvi, həm də qeyri-islam mənşəli dini cərəyanların artması müşahidə olunur”.

Deputat həmçinin vurğulayıb ki, dünyada bu cür dini balans pozulub:

“Müxtəlif bölgələrdən ölkəmizə radikal və qeyri-ənənəvi təriqətlər daxil olur. Bu təriqətlərin bir qismi açıq şəkildə şəriət əsasında dövlət qurmaq niyyətini gizlətmir. Təkcə İslam yox, xristianlıq daxilində də radikal cərəyanlar mövcuddur. Onlar zamanla ölkəmizdəki dini mühitə təsir göstərməyə çalışır, bir sıra hallarda onlar məzhəbçilik və təriqətçilik təbliğatı aparırlar”.

Ceyhun Məmmədov eyni zamanda bu cür təriqətlərin bəzilərinin təbliğatında hətta zorakılığa çağırışların yer aldığını və digər məzhəblərin ardıcıllarına qarşı nifrət aşılandığını da bildirib.

“Bu qruplar arasında, hətta başqa məzhəbə mənsub şəxsi qətlə yetirməyə hazır olan, bu təbliğatı aparan insanlar da var. Bu isə olduqca təhlükəli tendensiyadır və qarşısı qətiyyətlə alınmalıdır. Ənənəvi dini dəyərlərimizi və tarixən mövcud olmuş məzhəblərimizi qorumalıyıq”.

Millət vəkili onu da əlavə edib ki, dünyada din amilindən müxtəlif məqsədlərlə – iğtişaş yaratmaq, ölkələri parçalamaq, cəmiyyətləri bölmək üçün istifadə olunur. Halbuki, dinin mahiyyəti mənəviyyat, maarifləndirmə və insanın mənəvi kamilliyə çatdırılmasıdır.

“Təəssüf ki, bu gün dinin təhrif olunmuş formada təqdim olunduğunu, siyasi və ideoloji məqsədlər üçün istifadə edildiyini görürük. Bu isə ciddi narahatlıq doğurur və biz buna biganə qala bilmərik”, - deyə deputat fikirlərini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri