Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Xarici kəşfiyyatlar, daxili təxribatlar...

Xarici kəşfiyyatlar, daxili təxribatlar...

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Köçkün olmasam da, Qarabağlıyam. Ancaq, bu qaçqınlar, məcburi köçkünlər söhbətinə qarışmaq istəmirdim. Tək ona görə yox ki, bu, çox aşağı səviyyəli mübahisədir. Həm də ona görə ki, bu mövzu qəsdən ortaya atılıb.

Baxın, The İnsider resursuna baxın. Həmin resursun araşdırması göstərir: Azərbaycanı içəridən sarsıtmaq üçün Rusiya büdcəsindən 100 milyon dollar xərclənib. Xoşbəxtlikdən hamısı öz təyinatı üzrə xərclənməyib.

Bu, hələ tək Rusiya barədə olan faktdır, üzə çıxıb. Başqalarının Azərbaycanda gördüyü qara-qura işlər haqqında da üzə çıxan, üzə çıxmayan xeyli faktlar var. Bunun İranı var, Amerikası var, Avropası var..

Yüz milyonlarla pul Azərbaycanı içindən yeyən qurdlara elə-belə xərclənmir ki. Onlara mövzu da verilir, bu adamlar yönləndirilir. Əsas silah kimi də daxili konflikt potensialını görürlər. İllah da əgər işin başında xarici kəşfiyyat zabitləri dayanlbsa...

Baxırlar, görürlər, hakimiyyət güclüdür, monolitdir, ona girişə bilmirlər, ona görə də cəmiyyəti silkələyirlər, onun bir hissəsini o biri hissəyə qaldırmağa çalışırlar. Bu məqsədlə ortaya bir tezis atırlar, bir çox adam bilərəkdən, bir çoxları da bilməyərəkdən bu oyuna gəlir, tələyə düşənlər çox olur.

Bir sözlə, xarici kəşfiyyatların başqa ölkələrdə daxili təxribat planları və fantaziyaları tükənmir.

Azərbaycana qoşun yeritməyəcəklər ki! Daxildən sarsıtmaq, iç qarşıdurması yaratmaq daha ucuz və göründüyü kimi, asan başa gəlir. Məsələn, "köçkünlər öz evlərinə qayıtmaq istəmir" deyə bir tezisi dövriyyəyə buraxırsan, durursan qıraqda. Millət bir-birinə girişir.

Çox uzatmaq istəmirəm. Çünki bu cür məsələlər uzandıqca uzanır, o barədə nə qədər çox danışılırsa, mövzu böyüyür, auditoriyası genişlənir. Elə məsələlər var, onlar haqqında susmaq da olmaz, amma qədərindın çox danışmaq da zərər verir. Ona görə də mümkün qədər qısaca bir neçə fikrimi yazacam.

Əvvəla, məcburi köçkünlərin öz evlərinə köçürülməsinin mən də tərəfdarıyam. Ancaq öz evlərinə köçürülməsindən söhbət gedir. Doğrudur, Qarabağda, Şərqi Zəngəzurda yaşayış binalarını da, fərdi evləri də dövlət tikib verir. Məncə, bu yanaşma yarımçıqdır. Camaata öz evlərini tikməyə imkan vermək lazımdır, bir az da yardım etmək şərtilə.

Bu haqda daha əvvəl də yazmışam.

İkincisi, Qarabağ təkcə Qarabağlıların olmadığına görə, təkcə Qarabağlılar üçün də deyil; kim istəsə, gedib yaşaya bilər. İnsanlar yaşayış yeri seçməkdə sərbəstdir. Rayonlardan Bakıya axışıb gələnlər də təkcə Qarabağlılar deyil. Əgər Qarabağda ev varsa, iş varsa, şərait varsa, hamı gedə bilər. Bunlar hələ yoxdursa, ya da tam yoxdursa, Qarabağlılar gedib harda yaşayacaq?! Evlərinin xarabalığında?!

Artıq məndən əvvəl başqalarının da yazdığı kimi, öz kəndinə icazə ilə gedən adama necə deyə bilərsiniz ki, yığışın, çıxın gedin. Vallah-billah, gedə bilsə, çoxdan gedərdi, yaşamağa şərait olsaydı, gedib yaşayardı. Köçkün olmasam da, mən özüm də gedib yaşayaram.

Üçüncüsü, bir və ya bir neçə nəfərə görə, hamını bir arşınla ölçmək olmaz. Toplumda hər cür adam var. Elə adamlar var, ölkənin müxtəlif bölgələrindən gəlib, onillərlə Bakıda yaşayıb, indi o adama desən: "Çıx, get, kəndində yaşa". Deyər, özüm bilərəm, istərəm gedərəm, istərəm yox. O cür insanlar Qarabağlılar arasında da var. Özlərinə görə haqlı səbəbləri var. Üstəlik yaşayış yeri seçmək Konstitusiya ilə hər bir vətəndaşa verilmiş azadlıqdır. Qarabağlı da otuz-otuz beş il qabaq elindən, evindən çıxmağa məcbur olub. Vətəndaşlıqdan ki çıxmayıb. Yaxud çıxarılmayıb. Yəni işin bir emosional tərəfi olduğu kimi, bir də rasional tərəfi var. Məgər ölkənin bir yerindən başqa yerinə köçmək zorunda qalan təkcə Qarabağlılardır?! Yox! Ən azı ötən əsri götürün. İnsanlar siyasi və təbii fəlakətlər üzündən öz ev-eşiyini tərk edib, başqa bölgələrə köçməyibmi?! Zaqatalada nə qədər Qarabağlı var, bilirsiniz?! Ya Ağcabədidə nə qədər Ucarlı var, Cəlilabadda Yardımlının nə qədər keçmiş sakini var. Eləcə də, Ordubadda vaxtilə nə qədər Qazaxlı məskunlaşıb. Hələ mən Sumqayıta Qubadlıdan, Laçından, Lerikdən və sair gələnləri demirəm. Salyana, bütövlükdə Arana nə qədər Şamaxılı zəlzələdən pənah aparıb, xəbəriniz var yəqin. tarixən Kür daşqınlarından qaçıb Masallıya sığınan nə qədər Muğanlı var, o da bir başqa məsələ.

Tarixi dərinliklərə çox da enməyək. Elə yaxın dövrə baxaq. İllər əvvəl məcburi köçkünlərin məskunlaşdığı yataqxanada bir nəfərdən soruşdum: "Qarabağın harasından gəlmisiniz?" Cavabında: "Qardaş, mən Ağdaş qaçqınıyam, -dedi və acı-acı güldü. Yəni Ağdaş şəhərində iş-güc, dolanışıq tapa bilməyib, qurulu evinin qapısını qıfıllayıb, gəlib Bakı şəhərində Universitet diplomu ilə... fəhləlik edir. İndi ona: "Çıx, get, Ağdaşa" deyək?! Yox, deyə bilmərik. Çünki həyat şərtləri insanları öz yaşayış yerini dəyişməyə məcbur edir. O da ola, torpağı otuz ilə yaxın işğal altında qalmış, evi, yurdu darmadağın edilmiş köçkün. Yenə, heç olmasa, bu kişinin Ağdaşda bir evi var, bəs o Ağdamlının evinin xarabalığından başqa öz kəndində, ya lap o Ağdam şəhərində nəyi var?! "Qayıtsın" deyirsiniz, qayıtsın da, hara qayıtsın?! Necə qayıtsın?!

Ora minalardan təmizlənməlidir, pay torpaqları o bölgənin sakinləri - keçmiş məcburi köçkünlər arasında bölünməlidir, orada infrastrukturun qurulması tam başa çatmalıdır. İşləməyə yer olmalıdır ki, yaşaya biləsən, yaşamağa yer olmalıdır ki, işləyə biləsən. "Qayıdın" deməyə nə var.

Bunlar hamısı öz yerində. Gələk, Bakıda, ya Sumqayıtda, varsa, Gəncədə, başqa şəhərlərdə insanların qanuni mülkiyyəti olan mənzillərə yerləşib, çıxmayan köçkünlərə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində həmin şəxslərin uçotu aparılıbsa, birinci o adamlar dövlətin tikdiyi binalara, evlərə köçürülməliydi və köçürülməlidir. Məcburi köçkün olmaq başqasının mənzilinə, evinə çökmək hüququ vermir. Dövlət var, gücü də var, məcburi köçkünləri yerləşdirə bilir, zamanla bu işi görür.

Bu zəmində qarşıdurma yaratmaq, müxtəlif bölgələrin camaatını bir-birinə qarşı qaldırmaq çox təhlükəli bir əməldir, əslində bu, qanunla cəzalandırıla da bilər. Azərbaycan cəmiyyətini içəridən sarsıtmağın da adı düşmənçilikdir. Düşmən - düşməndir, nə fərqi var, o, sənin dövlətinə, xalqına xaricdən hücum edir, ya daxildən. Hər ikisi cəmiyyəti parçalamaq, dövləti sarsıtmaq məqsədi daşıyırsa, mahiyyətcə eynidir.

O ki qaldı, kim vuruşub, kim vuruşmayıb, məncə, oraları heç tərpətməyək. Sadəcə, şəhidlərin ruhundan, qazilərdən ayıbdır. Danışmırıqsa, bu, o demək deyil ki, deməyə sözümüz yoxdur...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri