Təyyarə biletini atmağa tələsməyin Sonra görün nəyə yaraya bilər
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Rəqəmsal texnologiyaların geniş yayılması ilə səyahət zamanı kağız sənədlərdən istifadə getdikcə azalır. Məsələn, ötən il aşağıbüdcəli aviaşirkət Ryanair kağız biletlərdən tamamilə imtina edib. Bununla belə, təcrübəli səyahətçilər xəbərdarlıq edirlər ki, uçuşdan sonra minik talonunu və ya onun telefonda saxlanılan nüsxəsini dərhal silmək və ya atmaq düzgün deyil.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, minik talonunu bir müddət saxlamaq gələcəkdə həm vaxta, həm pula, həm də əsəblərə qənaət edə bilər. Onlar bildirirlər ki, bəzən aviaşirkətlərin sistemlərində texniki nasazlıqlar baş verir. Xüsusilə bonus mil proqramlarından istifadə edən sərnişinlərin uçuş məlumatları sistemdən silinə bilər. Belə hallarda minik talonu uçuşun sübutu kimi təqdim edilərək itirilmiş millərin bərpasına kömək edir.
Bundan əlavə, uçuş gecikdikdə, ləğv edildikdə və ya baqaj itdikdə sığorta şirkətindən kompensasiya tələb edən sərnişin üçün minik talonu mühüm sübut hesab olunur.
Mütəxəssislər minik talonunun utilizasiyası zamanı da ehtiyatlı olmağı tövsiyə edirlər. Çünki onun üzərindəki ştrix-kodda elektron poçt ünvanı, telefon nömrəsi və digər şəxsi məlumatlar ola bilər. Buna görə də kağız bileti zibilə atmazdan əvvəl onu xırdalamaq məsləhət görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















