Təyyarə idarəetmədən çıxaraq magistral yola düşüb: 4 nəfər xəsarət alıb VİDEO
Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən saat 15:00-da Texas ştatının Viktoriya şəhərində təcili eniş etmək istəyərkən təyyarə magistral yola çırpılaraq yarıya bölünərək üç avtomobilə dəyib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 1981-ci il istehsalı olan Piper PA-31 tipli iki mühərrikli təyyarənin magistral yola düşmə anı təhlükəsizlik kameralarına düşüb.
Kadrlarda təyyarənin böyük sürətlə yola enməyə çalışdığı görünür. Nisbətən düz eniş etsə də, böyük xaos hökm sürürdü. Qəzadan sonra təyyarənin ikiyə bölündüyü və hissələrinin ətrafa səpələndiyi görülüb.
Müəyyən edilib ki, toqquşmaya məruz qalan avtomobillərdən biri yan tərəfdə olub, onun ön şüşəsi yerindən çıxıb və bir hissəsi sınıb.
Viktoriya Polis Departamentinin rəis müavini Eline Moya Victoria East Liseyi yaxınlığında baş verən qəzada 3 nəfərin yüngül, 1 nəfərin isə ağır yaralandığını açıqlayıb.
"Bunun daha pis nəticə vermədiyinə sevinirik. Bu, hər gün qarşılaşdığımız vəziyyət deyil" - dedi Moya.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















