Təyyarə qəzalarının təhqiqatları illərlə davam edə bilər AZAL ın vitse prezidenti
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Adətən beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib.
O vurğulayıb ki, bununla bağlı şərt qoyulmur, tövsiyə edilir:
“Çünki burada nəticələr olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin. Məhdudiyyət yoxdur. Qəza hadisələri ilə bağlı təhqiqatlar illərlə davam edə bilər, əgər buna ehtiyac varsa. Məsələn, hansısa bir təhqiqat gedirsə, təyyarənin hansısa bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda onun "açılışını" edib baxırlar. Bu, çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, bir ilə başa çatsın. Məhdudiyyət qoymurlar, çünki yaranmış təhqiqat komissiyası hadisənin səbəbini tam obyektiv, əminlik şəklində tapa bilməyibsə, o məhdudiyyətin təsirindən məcbur olub vaxtın darlığına görə hansısa qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".
Baxış sayı:62
Bu xəbər 23 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















