Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 dekabr, AZƏRTAC
Məlumat verildiyi kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Azərbaycanın, Qazaxıstanın, Rusiyanın, eyni zamanda, Rusiya Federasiyası Çeçenistan Respublikasının ombudsmanlarının iştirakı ilə birgə işçi qrup yaradılıb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işçi qrupa daxil olan son məlumatlara əsasən, qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15-i Azərbaycan, 8-i Rusiya, 3-ü Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki, müəyyən edilməyib.
Qeyd edilib ki, xəstəxanaya yerləşdirilmiş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.
Məsələ Azərbaycan ombudsmanının diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Dekabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















