Icma.az
close
up
RU
Təyyarə qəzasının səbəbləri araşdırılır...

Təyyarə qəzasının səbəbləri araşdırılır...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məsələ Azərbaycan Prezidentinin nəzarətindədir

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 62 sərnişin və 5 ekipaj heyətin 25 nəfəri dünyasını dəyişib. Təyyarənin sağ qalan sərnişinlərindən 12 nəfəri isə ölkəyə gətirilib. Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.

Xalqımıza və dövlətimizə başsağlıqları davam edir...

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir. Dekabrın 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Bundan başqa, Maldiv Prezidenti Məhəmməd Muizzu, Nepal Prezidenti Ramçandra Paudel, BMT-nin baş katibi Antonio Quttereş, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf, Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Müsəlman Ağsaqqalları Şurası, həmçinin bir sıra ölkələrin XİN-ləri, Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq təşkilatların rəsmiləri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.

Qazaxıstanın Baş naziri azərbaycanlı həmkarına başsağlığı verdi...

Dekabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov arasında növbəti telefon danışığı baş tutub. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, hökumət başçıları baş vermiş təyyarə qəzası ilə əlaqədar bir-birilərinə və həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər. Ə.Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib.

O.Bektenov bu gün Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini, səfirlikdə açılan xatirə kitabına qeyd qoyduğunu bildirib.

Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən yüksək koordinasiya şəraitində təxirəsalınmaz yardım göstərilməsi, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin cəsədlərinin ölkəmizə gətirilməsi, həmçinin hadisə ilə bağlı bir sıra digər çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparıldı.

Eyni zamanda, hadisənin başvermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olundu.

Qazaxıstanın Baş naziri Oljas Bektenov təyyarə qəzası ilə bağlı Azərbaycanın Astanadakı səfirliyində olub. Baş nazir Səfirlikdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Oljas Bektenov başsağlığı kitabında ürək sözlərini yazıb.

XİN başçıları arasında telefon danışığı olub...

Dünən həm də Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı Baxtiyor Saidov faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. O, vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbir, yaralılara şəfa arzulayıb.

Özbəkistanın qardaş Azərbaycanla bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.

Ceyhun Bayramov başsağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə qardaş Özbəkistan Respublikasına təşəkkür edib.

Gürcüstanın spikeri başsağlığı verdi...

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanın AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə məyus olduğunu bildirib. Bu barədə Papuaşvili sosial şəbəkədə yazıb. “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və dostlarına böyük hüznlə başsağlığı verirəm. Bütün Azərbaycan xalqına dərin məyusluğumu bildirirəm. Kədərinizə şərikik və xəsarət alanların hamısına tezliklə şəfa diləyirik”, - deyə Şalva Papuaşvili yazır. Gürcüstan Xarici İşlər Nazirliyi də qəza ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Onlarla insanın həyatına son qoyan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması xəbərini dərin hüznlə eşitdik. Biz dost Azərbaycan xalqına dərin hüznlə başsağlığımızı bildiririk. Bu çətin zamanda sizinlə çiyin-çiyinəyik”.

Ombudsmanlar tərəfindən yaradılmış İşçi qrupu məlumat yayıb...

Təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərin xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub. Bununla bağlı Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən yaradılmış işçi qrup məlumat yayıb. Bildirilib ki, ümumilikdə, 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15 nəfər Azərbaycan, 8 nəfər Rusiya, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.

Qara qutu tapılıb...

Qeyd edək ki, baş verən faciə Azərbaycan xalqı tərəfindən böyük üzüntü ilə qarşılanıb. Dünən həm də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıblar.

Azərbaycan dövlətinin məsələyə operativ reaksiya göstərməsi isə xüsusilə dəyərləndirilməlidir. Qəza baş verən saatlardan etibarən proses Azərbaycan Prezidentinin nəzarətinə götürülüb, ölkəmizin nümayəndə heyəti Qazaxıstana gedib. Nümayəndə heyətinin üzvü, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev KİV-ə açıqlamasında bildirib ki, biz Azərbaycan vətəndaşlarına və digər sərnihşinlərə baş çəkdik: “Cənab Prezidentin tapşırığı ilə onların durumları ilə maraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər. Amma həkimlərin gəldikləri qənat var və biz onları özümüzlə gətirməmək qərarına gəldik. Həkimlər nə zaman qərar verərlərsə onlar özləri qayıdarlar.  Reanimasiyada olan xəstələrimiz də var ki, onların da müalicəsi tam şəkildə həm Qazaxıstan, eyni zamanda Azərbaycandan ezam olunmuş həkimlər tərəfindən nəzarətə götürülüb”.

Qəzanın səbəbləri isə araşdırılır. R.Nəbiyev təyyarənin “qara qutu”sunun tapıldığını bildirib: “Qara qutular tapılıbdır. Onun qanunvericiliyə uyğun və qanunla tənzimlənmə mexanizmlərinə uyğun araşdırılması aparılacaq”.

AZAL-ın prezidenti Samir Rzayev də bildirib ki, hazırda qəzanın baş vermə səbəbi ilə bağlı detallı araşdırılma aparılır: “Qara qutu tapılıb. Qara qutunun oxunması isə qanunvericiliyə uyğun aparılacaq”.

Narıncı rəngli “qara qutular”...

Qeyd edək ki, xüsusilə təyyarə qəzalarından sonra ən çox müzakirə olunan məsələlərdən biri məhz qara qutulardır. Qəzanın səbəbini aydınlaşdırmaq üçün mühüm faktlardan sayılan qara qutuların rəngi isə heç də qara deyil - qutunun rəngi diqqəti tez cəlb etməsi üçün parlaq narıncı olur, 5 kq ağırlığında və təxminən ayaqqabı qutusu böyüklüyündə hazırlanır. Qara qutular iki hissədən ibarət olur. Onlardan biri Flight Data Recorder (FDR) - yəni, uçuş məlumatlarını qeyd edən cihazdır. Onun vasitəsi ilə təyyarənin son 25 saatdakı bütün hərəkətləri - hündürlüyü, sürəti, olduğu yer və s. kimi 88 müxtəlif məlumat qeydə alınır. Digəri isə Cockpit Voice Recorder (CVR) - yəni, kokpitdəki səsləri qeyd edən cihazdır. Bu cihazın işi isə pilotların öz aralarında, qüllə ilə, digər ekipaj üzvləri ilə danışıqlarını, sərnişinlərə etdikləri anonsları yazmaqdır. Qara qutular qəza zamanı az zərbə alması üçün təyyarənin quyruq hissəsinə yerləşdirilir. Qara qutudan istifadə ilk dəfə 1958-ci ildə ABŞ-da məcburi olub. Buna səbəb isə Comet təyyarələrinin tez-tez qəza etməsi olub. İlk qara qutular çox az sayda məlumatı - sürəti, hündürlüyü və s. verirdi, lakin 1960-cı ildən etibarən kokpitdəki səslərin qeydə alınması da məcburi elan edildi. 1957-ci ildə “Boeing 707” təyyarəsinin istehsala başlanmasından bəri qara qutulardan aktiv şəkildə istifadə edilir.  Bu cihaza “Qara Qutu” deyilməsinin səbəbi 1942-ci ildə finlandiyalı təyyarə mühəndisi Veijo Hietala tərəfindən düzəldilən qara rəngli “Mata Hari” adlı cihazdır. Bu adı həm də qara qutunun qəza barədə qara xəbər verməsi ilə də əlaqələndirirlər...

Qara qutular istehsal prossesi zamanı davamlılıq, duzlu su, kimyəvi aşınma, dərin sularda əzici təzyiq kimi bir çox testdən keçirilir. Bu cihazlar -55 dərəcədən +70 dərəcəyə qədər olan temperaturlarda, 300 metr dərinlikdən 16 km-ə qədər olan hündürlükdə işləyə bilir. Hətta 1 saat boyunca +1100 dərəcə temperaturda atəşə məruz qalsa, yenə də ondan məlumatları əldə etmək mümkündür. Bu cihazların qiyməti təxminən 30 min dollar ətrafındadır. Alminiumdan istehsal olunsa da, ətrafı polad və titandan olan paslanmaz qatla mühafizə olunur. Əgər qəza zamanı təyyarə suya düşübsə, bu cihazlar 6000 metr dərinliyə qədər olan yerlərdə öz siqnallarını 1 ay müddətində göndərə bilirlər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see228

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see192

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see156

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see144

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see138

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see137

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see134

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see133

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see133

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see133

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see133

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see132

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see131

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see129

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see128

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see128

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see127

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see127

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see126

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri