Təyyarə qəzaya uğradı Ölənlər var
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Moderator.az "Fox 29"a istinadən xəbər verir ki, bu barədə qraflığın yanğın-xilasetmə xidməti və şerif ofisi bildirib.
Qeyd edilib ki, "911" xidmətinə təcili müraciətdən sonra yanğınsöndürənlər hadisə yerinə gəliblər. Təyyarə tamamilə alov içində olub. Yanğın 10 dəqiqədən az müddətdə söndürülüb.
Göyərtədə yalnız 2 nəfər olub və hər ikisi həlak olub.
Yanğın-xilasetmə xidmətinin məlumatına görə, təyyarə hadisədən qısa müddət əvvəl "Tampa Executive Airport" hava limanından uçub.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Ölənlərin şəxsiyyəti də açıqlanmır.
Baxış sayı:144
Bu xəbər 03 Sentyabr 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















