Icma.az
close
up
RU
Tez tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Tez tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir.

Redaktor.az xəbər verir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir.

Ayaqyalın gəzməyin faydaları

Təbii yerimə vərdişlərini bərpa edir

Kiçik uşaqlar ilk dəfə yeriməyi öyrənəndə bunu ayaqyalın etmələri tövsiyə olunur. Bu, təkcə ayaqların böyümə və inkişafına deyil, həm də düzgün yeriş formalaşmasına müsbət təsir göstərir. Böyüklər üçün də ayaqyalın gəzmək təbii yeriş ritmini bərpa etməyə kömək edə bilər.

Güclü amortizasiyalı ayaqqabılar çox vaxt yeriyərkən ayağın mövqeyini dəyişir. Müntəzəm olaraq ayaqyalın gəzən insanlar adətən dabanlardan çox, ayağın orta hissəsinə və barmaqlara təzyiq göstərirlər. Ayaqyalın yerimək addımları yüngülləşdirir və hər addıma düşən yükü azaldır.

Hərəkət və duruş yaxşılaşır

Ayaqyalın gəzməyə üstünlük verən insanlarda adətən ayaqlar daha geniş olur, barmaq və ayaq deformasiyaları daha az müşahidə edilir, ayaq tağları isə daha hündür olur. Ayaqyalın gəzmək tarazlığı yaxşılaşdıra bilər. Yıxılma riski yüksək olan yaşlı insanlar ayaqyalın olduqda özlərini daha stabil hiss edə bilərlər.

Ayaqqabısız edilən məşqlər tarazlığı təmin edən əzələləri gücləndirir və bu da yıxılma riskini azaldır. Duruş və tarazlıq ayaqlardan başlayır, çünki ayaqlarda çoxlu sayda sümük, oynaq və bağ mövcuddur. Onlar düzgün işlədikdə ümumi duruş da yaxşılaşır. Müntəzəm ayaqyalın gəzmək və ya minimalist ayaqqabılar geyinmək duruşun düzəlməsinə kömək edə bilər.

Stressi azaldır

Dovepress saytında qeyd olunur ki, açıq havada ayaqyalın gəzmək stressin azalmasına kömək edə bilər. Bədənin birbaşa torpaqla təması orqanizmə və stressə reaksiyaya müsbət təsir göstərə bilər. Bu vərdiş yuxunun keyfiyyətini yaxşılaşdıra və ağrıları azalda bilər.

Nə vaxt və harada ayaqyalın gəzmək olar?

Əgər ayaqyalın gəzməyə yeni başlayırsınızsa, bunu tədricən edin. Ayaqlarınız və baldır əzələləriniz uzun müddət ayaqyalın qalmağa öyrəşməyə bilər. Qısa gəzintilərlə başlayın ki, bədən uyğunlaşsın. Əgər həyətiniz və ya kiçik bağınız varsa, oyandıqdan sonra qısa müddətlik ayaqyalın çölə çıxmaq faydalı ola bilər. Səthin növündən asılı olaraq ayaqlarda qabarlaşmalar da yarana bilər.

Mümkün risklər

Ayaqyalın gəzmək faydalı olsa da, müəyyən risklər də mövcuddur:

kəsiklər və göyərmələr tanımadığınız səthlərdə gəzmək zədələnmə riskini artırır

göbələk və digər infeksiyalar bəzi ictimai yerlərdə ayaqyalın gəzmək yoluxma riskinə səbəb ola bilər

oynaq və sümük zədələri ayaqyalın yerimək və ya qaçmaq diz və topuq oynaqlarına əlavə yük yarada və zədələnmə riskini artıra bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Dekabr 2025 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri