Icma.az
close
up
RU
Tezliklə Bakını Xırdalanla birləşdirən yeni körpülər, yollar inşa olunacaq AÇIQLAMA

Tezliklə Bakını Xırdalanla birləşdirən yeni körpülər, yollar inşa olunacaq AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev ötən günlərdə yerli telekanallara müsahibəsi zamanı Bakıdakı tıxac probleminə də toxunub. 

“Bakının nəqliyyat problemləri həll olunacaq. Yeni körpülər, tünellər tikiləcək”, - deyə dövlət başçısı bildirib.

Bəs yeni tünel və körpülərin tikintisi nəqliyyat probleminin həllinə öz təsirini nə dərəcədə göstərəcək?

Redaktor.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Bakının vəziyyəti bir qədər həssasdır:

"Coğrafi olaraq Bakı sıxılıb. Dəniz, təpə, sıx tikililər, mərkəzə yönələn yolların çoxluğu və s. Bakı sakinlərinin hərəkət alternativi bir çox hallarda özlərinin fərdi avtomobilləri olur. Bu məsələləri həll etmək üçün körpülərin, tunellərin tikintisinə böyük ehtiyac var. Hər hansı yolda bir tunelin tikilməsi, əlbəttə ki, hərəkətə çox yaxşı müsbət təsir edir".

Nəqliyyat eksperti vurğuladı ki, konkret bir kəsişmədə tunel tikilsə, o ərazidəki tıxac real şəkildə azalır:

"Bu, danılmaz bir faktdır. Həmçinin körpülər də sıxlığın azalması üçün yaxşı vasitədir. Körpü və tunellərin tikintisi ilə yanaşı, elə cənab prezidentin də qeyd etdiyi kimi, həmçinin paralel olaraq ictimai nəqliyyat prioritetləşdirilməlidir. İnsanların ictimai nəqliyyata marağı artırılmalıdır, həmçinin ictimai nəqliyyatın özü şaxələndirilməlidir. İşlər hazırda davam edir və kompleks şəkildə həyata keçirilir. Bu işlərin həyata keçirilməsi üçün yol xəritəsi də mövcuddur. Yol xəritəsi elə cənab prezidentin özünün imzaladığı 2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramıdır. Bu dövlət proqramı əsasında mərhələ ilə bu məsələlər həll edilir. Tezliklə Bakı şəhərini Xırdalan şəhəri ilə birləşdirən yeni körpülər, yollar da inşa olunacaq".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri