Icma.az
close
up
RU
Yeni tunellər Bakını xilas edəcək? AÇIQLAMA

Yeni tunellər Bakını xilas edəcək? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bakıda planlaşdırılan yeni tunellərin əsas məqsədi şəhərin ən kritik “dar boğaz” nöqtələrində nəqliyyat axınını fasiləsiz etməkdir. Şəhərdə sıxlığın əsas səbəblərindən biri odur ki, fərqli istiqamətlərdən gələn avtomobil axınları eyni səviyyədə, yəni işıqforlarda və yol kəsişmələrində bir-birinə qarışır. Tunel isə bu axınları bir-birindən ayıraraq nəqliyyatı yeraltı alternativ marşrutla yönləndirir. Nəticədə həm işıqfor yükü azalır, həm də avtomobillər dayanıb-gözləmədən daha rahat hərəkət edə bilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev səsləndirdi.

Onun sözlərinə görə, Bakıda xüsusilə “20 Yanvar”, “Koroğlu”, “Gənclik”, “Şamaxinka” və “Excelsior” ətrafı kimi ərazilərdə sıxlığın əsas problemi odur ki, çox sayda avtomobil qısa məsafədə eyni nöqtəyə yığılır:

"Tunel tikildikdə həmin axının bir hissəsi yeraltına keçirilir və səthdəki yolun yükü azalır. Bu da nəzəri olaraq tıxac müddətini azalda, orta hərəkət sürətini artıra və ictimai nəqliyyatın daha rahat işləməsinə kömək edə bilər. Tunellərin digər əsas məqsədi şəhərdə fasiləsiz hərəkət koridoru yaratmaqdır. Yəni sürücü bir istiqamətdən digərinə keçərkən hər bir neçə yüz metrdən bir işıqforda dayanmalı olmasın. Bəzi hallarda tunel əsas prospektləri birbaşa birləşdirərək avtomobilləri səthdəki qarışıqlığa salmadan ötürür. Bu isə xüsusilə pik saatlarda ciddi vaxt qənaəti yarada bilər".

Müsahibimiz əlavə etdi ki, tunellər təkcə avtomobillər üçün deyil, ümumi şəhər logistikasına da təsir edir:

"Tıxac azaldıqda avtobusların gecikməsi azalır, təcili yardım və yanğınsöndürən kimi xüsusi xidmət avtomobillərinin hərəkəti sürətlənir. Eyni zamanda yanacaq sərfiyyatı və boş yerə işləyən mühərriklərin yaratdığı hava çirklənməsi müəyyən qədər azalır. Çünki ən böyük yanacaq itkisi avtomobil hərəkətdə olanda deyil, dayanıb yenidən sürət yığanda yaranır. Ancaq vacib məqamlardan biri də budur ki, tunel təkbaşına bütün nəqliyyat problemini həll etmir. Dünyanın bir çox şəhərində müşahidə olunub ki, yeni yol və tunel istifadəyə veriləndə ilk illərdə rahatlıq yaranır, lakin zaman keçdikcə avtomobil sayı daha da artır və həmin tunel yenidən yüklənir. Buna “induced demand”, yəni əlavə yolun əlavə avtomobil axını yaratması effekti deyilir. İnsanlar yolun rahatlaşdığını gördükcə şəxsi avtomobildən istifadəyə daha çox üstünlük verməyə başlayırlar. Məhz buna görə tunellərin effektiv olması üçün paralel şəkildə ictimai nəqliyyat da inkişaf etdirilməlidir".

Ekspertin sözlərinə görə, metro xətlərinin genişlənməsi, avtobus zolaqlarının düzgün təşkili və şəhərətrafı nəqliyyat sisteminin gücləndirilməsi olmadan təkcə tunel tikməklə uzunmüddətli həll əldə etmək çətin olar.

"Dünyada ən uğurlu şəhərlər yol infrastrukturunu ictimai nəqliyyatla birlikdə inkişaf etdirən şəhərlər hesab olunur. Bakıda planlaşdırılan tunellərin müsbət tərəfi odur ki, onlar bəzi kritik nöqtələrdə hərəkəti həqiqətən xeyli rahatlaşdıra bilər. Xüsusilə alternativ keçid olmayan yerlərdə tunel böyük fərq yaradır. Amma mənfi tərəfləri də var. Tikinti dövründə uzun müddət əlavə sıxlıq, səs-küy və hərəkət məhdudiyyəti yarana bilər. Üstəlik, tunellərin tikintisi çox baha başa gəlir və mühəndislik baxımından olduqca mürəkkəb layihələr sayılır. Ümumilikdə isə məqsəd Bakıda avtomobil axınını daha sürətli, fasiləsiz və təhlükəsiz etməkdir. Əgər bu layihələr düzgün planlaşdırılsa və ictimai nəqliyyat islahatları ilə birlikdə həyata keçirilsə, şəhərdə gündəlik tıxacların müəyyən hissəsini azaltmaq mümkün ola bilər", - deyə A.Nəbiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri