Icma.az
close
up
RU
Yağış Bakını niyə iflic edir? AÇIQLAMA

Yağış Bakını niyə iflic edir? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Yağışlı hava şəraiti Bakının küçə və prospektlərində hər dəfə eyni mənzərəni yaradır — yollarda su yığılır, nəqliyyatın hərəkəti çətinləşir və müxtəlif fəsadlar ortaya çıxır. Bəs bu cür problemlərin yaranmaması üçün hansı işlər görülməlidir?

Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, su axın-kommunikasiya (su axın təmizləyici) texniki avadanlıqlarının əksəriyyəti on illər əvvəl, əsasən də Sovetlər Birliyi dövründə çəkilib. Onların gücü o vaxt Bakı şəhərində 1-1,5 milyon əhali sayına görə, müəyyən ehtiyat payı nəzərə alınmaqla inşa olunub.

Ekspertin sözlərinə görə, hər dəfə yağış suları ilə birlikdə meydana çıxan məsələ ilə bağlı iki məqam var:

"Birincisi, həmin dövrdə quraşdırılmış texniki avadanlıqların istismar müddəti artıq bitib — üstündən 30, 40, 50 il keçib. İkincisi, əhali sayı iki-üç dəfə artıb. Tikilən binaların, yaşayış evlərinin, ticarət obyektlərinin, restoranların, kafelərin, şadlıq evlərinin sayı da kəskin çoxalıb. Yəni tələbat ödənmir, ona görə də bu fəsadlar hələlik davam edəcək".

C.Həsənov diqqətə çatdırıb ki, dövlət tərəfindən artıq qərar verilib və bütün bu sistem mərhələli şəkildə dəyişdiriləcək:

"Bu, təbii ki, birdəfəlik mümkün deyil – əvvəl bir prospekt, sonra bir neçə prospekt, daha sonra bir rayon olmaqla etap-etap yenilənəcək. Tam dəyişdirildikdən sonra hətta indiki yağış normasından beş-on dəfə çox yağış yağsa belə, bu gölməçələri və fəsadları görməyəcəyik. Necə ki, əvvəl rastlaşmırdıq: o vaxt istismar müddəti bitməmişdi və indiki qədər yük də yox idi. Çünki əvvəllər bir prospektdə və ya rayonda cəmi bir-iki kommersiya və yaşayış obyekti vardısa, indi bir prospektdə yüzlərlə obyekt, restoran, şadlıq evi, üstəgəl çoxsaylı yaşayış massivləri və inzibati binalar var. Bu isə 30–50 il əvvəlki sistemin nə texniki, nə də yük baxımından tələbatı ödəməməsi deməkdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Dekabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri