Tezliklə “Barselona”nı tərk edə bilər Vitse prezident açıqladı
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Barselona”nın idman işləri üzrə vitse-prezidenti Rafael Yuste komandanın düşərgəsində jurnalistlərin suallarını cavablandırarkən mövsümöncəsi hazırlıq və gözlənilən transferlər barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisinin nümayəndə heyətinə rəhbərlik edən ispaniyalı funksioner ilk olaraq komandadakı ümumi əhval-ruhiyyəyə toxunub:
“Yaxşı təəssürat bağışlayacağımıza ümid edirik. Mövsümöncəsi hazırlıq mərhələsi davam edir, hər kəs böyük istek və həvəslə doludur. Hər kəsə uğurlu gün arzulayıram”.
Lakin brifinqin ən maraqlı məqamı jurnalistlərdən birinin heyətdə yer almayan futbolçular, xüsusilə də Ronald Arauxonun komandadan mümkün ayrılığı ilə bağlı verdiyi sualdan sonra yaşanıb.
“Tezliklə rəsmi bəyanat yayacağıq”, – deyə vitse-prezident suala intriqalı cavab verib.
Qeyd edək ki, bu açıqlama ilə Yuste cari transfer pəncərəsində “göy-qırmızılılar”ın düşərgəsində ciddi yeniliklərin olacağını faktiki olaraq təsdiqləyib. Yaxın vaxtlarda klubun bir neçə futbolçunun komandadan ayrılacağını elan edəcəyi gözlənilir.
Baxış sayı:150
Bu xəbər 09 Avqust 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















