Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Təzminat məsələsi hələ açıq qalır

Təzminat məsələsi hələ açıq qalır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ziyanın ödənilməsi sülh sazişindən kənar ayrıca müzakirə edilə bilər


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;- 


Azərbaycan və Ermənistan beynəlxalq hüquqi müstəvilərdə bir-birinə qarşı iddiaları geri götürəcək. Bu, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətnində əksini tapıb. XVII maddədən ibarət sülh sazişi mətninin XV maddəsində tərəflərin bir-birinə qarşı məhkəmə iddiaları və şikayətlərinə xitam verməsi qeyd olunub. Vurğulanıb ki, XIV maddəyə xələl gətirmədən, tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar. 

Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər. Xatırladaq ki, Azərbaycan beynəlxalq məhkəmələrdə Ermənistana qarşı bir çox iddialarla çıxış edib. 30 illik işğal dönəmində ərazilərimizdə erməni quldurları tərəfindən törədilmiş vəhşiliklərin, vandalizm hərəkətlərinin, şəhər və kəndlərimizin viran qoyulmasının, sərvətlərimizin talanmasının qarşılığı olaraq təzminat tələb olunması dəfələrlə gündəmə gətirilib. 


Bu ilin fevral ayında Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Məlumatda vurğulanmışdı ki, buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir. Fevralın 12-də Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Konvensiya ("Bern Konvensiyası") əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. İddia sənədində Ermənistanın "Bern Konvensiyası"na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb. O baxımdan sülh sazişi mətninin XV maddəsi Azərbaycan cəmiyyətində bir məsələnin müzakirəsinə səbəb olub. Müharibə və işğal dövründə dəymiş ziyanın ödənməsindən imtina edirik?


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, XV maddəyə əsasən tərəflər bir-birinə qarşı məhkəmə iddialarından-şikayətlərindən imtina etmək öhdəliyi götürür və bu, haqlı olaraq, “təzminatdan imtina edirik” fikrini yaradır. Ekspertin sözlərinə görə, rəsmi Bakının dəfələrlə ən yüksək səviyyədə dilə gətirdiyi təzminat məsələsindən imtina edəcəyi ehtimalı zəifdir: 

"Müharibə və işğal dövründə vurulan ziyan Ermənistandakı revanşistlərin, eləcə də həbs olunan separatçıların əməlidir: bundan imtina etmək revanşistlərin və separatçıların məsuliyyətini azalda bilər. Təzminat məsələsi Ermənistan üzərində daimi təsir rıçaqlarından biri ola bilər. Məsələ ilə bağlı müəyyən ehtimallar irəli sürmək üçün açıq qalan suallara cavab axtarmaq zərurəti var. Təzminat sülh sazişinə niyə daxil edilməyib? 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmayan məsələlərdən biri də beynəlxalq məhkəmə iddialarından imtina idi. Mümkündür ki, dəymiş ziyanın ödənilməsi, eləcə də digər iddialar daha öncə mətndə yer alıb, lakin bu məsələlər sazişin razılaşdırılmasını çətinləşdirdiyi nəzərə alınaraq, çıxarıla bilər. Sazişdə yer almayan təzminat məsələsi hansı formatda gündəmə gələ bilər?".


Analitikə görə, təzminatın tələb edilməsinin iki mümkün yolu mövcuddur: 

"Məsələnin beynəlxalq məhkəmələr qarşısında qaldırılması qəbul olunmuş təcrübədir. Lakin Azərbaycan-Ermənistan müstəvisində bunun nə qədər effektiv olacağı əvvəldən sual altında olub. Qarabağ münaqişəsinin mövcud olduğu dövr təsdiq etdi ki, beynəlxalq hüquq və ədalət politik prinsiplərə söykənir. Beynəlxalq məhkəmələr müstəvisində işləmək nəticə əldə etməyi çətinləşdirməklə yanaşı, əks iddialarla zaman itkisinə səbəb olur. Məsələni ikitərəfli formatda Ermənistan qarşısında qaldırmaq nəticə əldə etmək baxımından, daha effektiv ola bilər. İstisna deyil ki, Azərbaycan dəymiş ziyanın ödənilməsi məsələsini sülh sazişi mətnindən çıxarmaqla Ermənistanla gələcək münasibətlərin qurulmasında ayrıca istiqamət kimi izləmək niyyətindədir. Təzminat məsələsi ilə bağlı Ermənistanla sülh sazişindən kənar danışıqlar aparmaq mümkündürmü? Bununla bağlı presedentlər mövcuddur. Sərhədin delimitasiyası və kommunikasiyanın açılması - Zəngəzur dəhlizi sülh sazişindən kənar müzakirə edilirdi, nəticələri də qənaətbəxş hesab etmək olar". 


A.Nərimanlı əlavə edib ki, itkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinin müəyyən edilməsi ilə bağlı da tərəflər arasında ayrıca saziş imzalanacaq: 

"Bu, paraflanmış sülh sazişi mətninin IX maddəsində qeyd olunur. Bu o deməkdir ki, Ermənistanla münasibətlərin qurulmasında bir sıra məsələlər ayrı istiqamət üzrə müzakirə edilə, əlavə razılaşmalar ola bilər. Məsələn, azərbaycanlıların tarixi yurdlarına qayıdışı, dəymiş ziyanın ödənilməsi – bunun hansı formada edilməsi və s. Bu ehtimalı gücləndirən məqamlardan biri də IX maddədə qeyd olunanlardır. İtkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini özündə ehtiva edən bu maddədə bildirilir ki, "onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər". Burada söhbət Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı zorakılıq törədən şəxslərin cəzalandırılmasından gedir. Hərbi cinayətlər törətmiş bu şəxslərin cəzalandırılması həyata keçiriləcəksə, müharibə və işğal dövründə onların əməllərinin nəticəsi olan dəymiş ziyanın ödənilməsinin də aktual olacağı gözləntisi yüksəkdir. Dəymiş ziyanın hansı formada ödənilməsi isə artıq əlavə müzakirə mövzusu ola bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri